BAŞ BEYİN YARIMKÜRƏLƏRİ VƏ SAHƏLƏRİ

İntellektBaş beyin  yarımkürələri  qabığı və  onun sitoarxitektoniyası.  Beyin yarımkürələri sağ və sol yarımkürələrdən təşkil olunmuşdur ki, bunlar da döyənək cismi vasitəsilə bir-birilə birləşir.  Hər yarımkürə çəpkəndən, qoxu beynindən və uc beynin kötüyündən   ibarətdir.  Yarımkürələrin  boşluğundan isə yan mədəciklər hasil olur.

Beyin yarımkürələrinin bayır çıxıq, içəri yastı və ön əsas səthləri vardır. Bu səthlərin hamısı bir yerdə  çəpkən  adlanır.  Üç böyük  şırım  –  mərkəzi  şırım,  təpə-ənsə  şırımı  və beyinin   yan şırımı vasitəsilə hər yarım kurə 4 paya bölünür:

  1. alın payı;
  2. təpə payı;
  3. ənsə patı;
  4. gicgah payı.

Bunlardan  başqa  beyinin  yan  şırımının  dibində  zəif  inkişaf  etmiş  beşinci payda vardır ki, buna da adacıq deyilir.

loading...

Beyin yarımkürələrinin  hər payı şırımlar vasitəsilə müəyyən qırışıqlara bölünür.

Alın payı   – mərkəzi şırım vasitəsilə təpə payından ayrılır. Mərkəzi şırıma paralel gedən mərkəzönü şırım, boylama istiqamətdə gedən yuxarı, orta və aşağı alın qırışıqlarına  bölünür.

Təpə payı – dalda təpə-ənsə şırımı vasitəsilə ənsə payından ayrılır. Mərkəzi şırıma paralel   gedən   mərkəzdalı  şırım  və perpendikulyar   gedən   təpədaxili  şırım  vasitəsilə  təpə dalı mərkəzdalı qırışığa və yuxarı və aşağı təpə paycıqlarına bölünür. Aşağı təpə paycığı da  kənarüstü və bucaq qırışlarına bölünür.

Ənsə payı – təpə-ənsə şırımı vasitəsilə təpə paycığından ayrılır və xarici səthində çoxlu miqdarda kiçik  qırışlar var.

Gicgah  payı  –  yuxarıda  beyinin  yan  şırımı  vasitəsilə  alın  payından  və  aşağıda dənizatı  şırımı  vasitəsilə beyin  kötüyündən  ayrılır.  Bu  şırımlara  paralel  gedən  yuxarı  və aşağı gicgah və ənsə – gicgah şırımları vasitəsilə gicgah payı yuxarı, orta və aşağı gicgah  qırışıqlarına, bayır ənsə – gicgah qırışığı və dənizatı ətrafı qırışığa bölünür.  Dənizatı ətrafı  qırışığın ön ucu qırmaq adlanır.

Adacıq – beynin yan şırımının dibində yerləşərək alın, təpə və gicgah payları ilə

örtülür. Yarımkürənin içəri səthində, döyənək cismə paralel, onun üstündə qurşaq qırışığı  yerləşir  ki,  bu  da  dənizatı  ətrafı  qırışıqla  birləşərək  tağ  qırışığını  əmələ  gətirir. Ənsə payının içəri səthində mahmız şırımından aşağı içəri ənsə – gicgah qırışığı, mahmız şırımı  ilə təpə – ənsə şırımı arasında paz, ondan önə pazönü, ondan önə isə mərkəzyanı paycıq  yerləşir.

Beyin yarımkürələri quruluşca ağ və boz maddədən təşkil olunmuşdur. Boz maddə xaricdə  yerləşərək  beyin  qabığını,  ağ  maddə  isə  daxildə  yerləşərək  uc  beynin  aparıcı  yollarını,  əmələ    gətirir.  Beyin  yarımkürələrinin  ağ  maddəsi komissural,    assiosatik   və proyeksion liflərdən   ibarətdir.   Bunlardan     komissural     liflər  beyin   yarımkürələrinin simmetrik   yəni  eyniadlı  nahiyələrini,   assiosatik   liflər  eyni  yarımkürənin  üzərində  olan müxtəlif nahiyələri, proyeksiyon liflər isə beyin qabığını beyin kötüyü və onuğa beyin ilə birləşdirir.

Beyin qabığındakı boz maddədən başqa yarımkürənin ağ maddəsinin daxilində də boz maddə toplantılarına təsadüf olunur ki, bunlara da qabıqaltı nüvələr deyilir. Qabıqaltı  nüvələrə zolaqlı cism, badamabənzər cism və hasar aiddir.

Zolaqlı  cism  –  boz   maddədən  əmələ  gələrək,  ağ  maddədən  əmələ  gəlmiş  daxili  kapsul vasitəsilə quyruqlu və mərciyəbənzər nüvələrə bölünür. Bunlardan quyruqlu nüvə içəri, mərciyəbənzər nüvə isə bayır tərəfdə yerləşir.

Daxili kapsul –  ağ maddədən  əmələ gələrək mərciyəbənzər və quyruqlu nüvə və görmə  qabarı  arasında  yerləşir  və  özüdə  dizə  və  ön  və  dal  ayaqcıqlara  bölünür.  Daxili  kapsulu təşkil edən liflər sonra beynin başqa hissələrinə keçir.

Beyin qabığı boz maddədən əmələ gələrək sinir sisteminin ali şöbəsini təşkil edir.

İnsan  orqanizmində  gedən  bütün  fizioloji  proseslər,   orqanizmin   hisssələrinin   bir-birinə  təsiri və xarici mühitlə əlaqəsi beyin qabığı vasitəsilə nizama salınır. Beyin qabığı 2-3 mm qalınlığında  olub,  müəyyən  hüceyrə  qatlarından  təşkil  olunub.  İlk    dəfə     1872-ci    ildə B. A. Bets  sübut  etdi  ki,  beyin  qabığının  müxtəlif   nahiyələrinin  daşıdığı  vəzifədən  asılı  olaraq. Qalınlığı da müxtəlif olur. Histoloji quruluşca beyin qabığı 6 qatdan ibarətdir. Bu qatlar xaricdən daxilə doğru aşağıdakı kimi yerləşir.

Məntəqə qatı yaxud, molekulyar qat  – azca miqdar  kiçik  sinir hüceyrələrindən və çoxlu üfuqi sinir liflərindən təşkil olunur.

Xarici dənəli qat –  çoxlu   dənəli    yaxud,   poliqenal   və  girdə  kiçik   sinir hüceyrələrindən ibarətdir.

Piramid qat – kicik və orta piramid hüceyrələrdən təşkil olunur.

Daxili dənəli qat – kicik piramid və ulduzabənzər sinir hüceyrələrindən əmələ gəlir. Bəzi nahiyələrdə bu qat olmur.

Qanqlioz qat – böyük piramid hüceyrələrdən ibarətdir.

Polimorf huceyrələr qatı – uzun aksonlara malik müxtəlif formalı hüceyrələrdən təşkil olunur.  Beyin  qabığında  olan  sinir  lifləri   də  müəyyən  qayda  üzrə yerləşmiş təbəqəli quruluşa malikdir. Beyin qabığında yerləşən hüceyrələr periferiyadan,  daxili üzvlərdən və beyin qabığından, özünün müxtəlif nahiyələrindən müxtəlif siqnalları  gətirən liflərlə rabitədə olur.

Beyin  qabığının  müxtəlif nahiyələrində   müxtəlif  vəzifələr  lokalizə  olur,   yəni   mərkəzlər yerləşir.  İ. P. Pavlov və onun tələbələrinin işlərinin nəticəsində vəzifələrin beyin qabığında   dinamik   lokalizasiyası   öyrənilmişdir.   Beyin   qabığı   analizatorların   qabıq  ucundan ibarətdir. Belə ki hər bir ucqar reseptor aparata beyin qabığının müxtəlif nahiyəsi müvafiqdir ki, bu da İ.P.Pavlov tərəfindən analizatorların qabıq nüvəsi adlandırılmışdır.

Beyin  qabığının  müxtəlif  nahiyələrində   müəyyən     analizatorların  qabıq  nüvəsi yerləşir.  Məsələn,  görmə  mərkəzi.  Görmə  mərkəzi  ənsə  payının  içəri   səthində  mahmız  şırımının ətrafında, eşitmə mərkəzi yuxarı gicgah qırışığının orta hissəsində, qoxu və dad  mərkəzləri və dənizatı  ətrafı qırışığın qırmağında, hərəki  mərkəzlər mərkəzönü qırışıqda  və  ümumi  hissəsi      mərkəzlər   mərkəzdalı  qırışıqda  yerləşir.

Nitq  qabiliyyəti  də beyin qabığının  quruluşu  ilə  əlaqədardır.  Beyin  qabığının  bu  sahələri  nitq  üzvləri  ilə  əlaqədar  olub II siqnal sisteminə aiddir. Nitqin, görmə eşitmə mərkəzi yazı və şifahi nitqin hərəki mərkəzləri ayırd edilir.

Nitqin    görmə   mərkəzi  aşağı  təpə  paycığında,  bucaq  qırışığında,  nitqin  eşitmə mərkəzi  yuxarı  gicgah  qırışığının  dal  hissəsində,  yazı  nitqinin  hərəki   mərkəzi  orta  alın  qırışığında, şifahi nitqin hərəki mərkəzi isə aşağı alın qırışığında yerləşir.

Nitqin   gormə  mərkəzi  pozulduqda  insan  savadlı  olmasına  baxmayaraq  hərfləri tanımır, nitqin eşitmə mərkəzi pozulduqda insan başqalarının sözünü eşidirsədə ancaq başa  düşmür. Yazı nitqinin hərəki mərkəzi yuxarı ətraf əzələlərinin mərkəzi ilə əlaqədar olduğu  üçün  belə  halda  əzələlərdə  ifliclik  olmamasına  baxmayaraq  insan  yazmaq  qabiliyyətini itirir.  Şifahi  nitqin  hərəki   mərkəzi   pozulduqda   isə  insan  başqalarının  sözünü  təkrar   edə bilmir.

Kiçik  qan  dövranı  – ağ ciyər  kötüyü  vasitəsilə   ürəyin  sağ  mədəciyindən başlayır.  Ağ  ciyər  kötüyü  sağ  və  sol  ağciyər  arteriyalarına  bölünür,  bunlar  da  ağciyər qapılarından  daxil  olaraq  şaxələnir   və  kapilyar   sisteminə  kecir.  Bu  kapilyarlar  ağciyər  alveollarını  əhatə  edir.  Ağ  ciyərlərdə  kapilyar   sistemindəki   qan   ilə  alveollardakı  hava  arasında  qazlar  mübadiləsi  gedir.

Mübadilədən  sonar  əmələ    gəlmiş  arterial  qan  hər ağciyərdən bir cüt ağciyər venası ilə urəyin sol qulaqcığına aparılır, burada da kiçik qan  dövranı tamam olur. Sol qulaqcığa tökülən arterial qan sol mədəciyə kecir.

Arteriaların divarı 3 qişadan ibarətdir : 1) daxili – intima qişası 2) orta qişa 3)  xarici qişa.

İntima qişası endoteldən, orta qişa saya əzələ və elastiki liflərdən və xarici qişa  icərisində boylama elastiki liflər yerləşən lifli birləşdirici toxumadan əmələ gəlir. Böyük arteriaların  divarınin  orta  qişasında  elastiki  liflər  çox,  əzələ  lifləri   isə  nisbətən   az   olur.  Lakin,   urəkdən  uzaqlaşdıqca  bu  nisbət   dəyişir,  yəni   elastiki   liflər   azalır  əzələ  lifləri   isə artır.  Buna  səbəb  boyuk  arterialarda  qanın  urəyin  yığılması  zamanı  əmələ  gələn  qüvvə hesabına  cərəyan   etməsidir.

Ürəkdən  uzaqlaşdıqca  bu  qüvvə  azaldığı  üçün  arteriaların  divarında  əzələ  lifləri  artır  ki,  bu  da  yığılaraq  qanın  cərəyanına  kömək   edir.  Venaların  divarı  da  arteria  divarı  kimi  üç  qatdan  –  intima,   orta,   xarici  qişadan  ibarətdir.   Orta qişadan elastiki və saya əzələ liflərinin miqdarı az, birləşdirici toxuma lifləri isə çox olur.

Buna görə də venalar elastiki  olmadığı üçün kəsildikdə tez qapanır.  Kapilyarların divarı isə  əsas səfhə üzərində yerləşən bir qat yastı endoteldən ibarətdir.    Burada   əzələ   qişasının  olmaması  müəyyən  funksional    əhəmiyyətə     malikdir.

Kapilyarların divarında əzələ qişası olmadığı üçün qan yavaş axır və mübadilə yaxşı gedir.

Arteriaların şaxələnməsi iki tipdə olur :  1)   monopodial   tip;    2)   dixotomik  tip.

Monopodial   tipdə  əsas   damar   uzun   olub  növbə ilə yan şaxələr verir, dixotomik tipdə isə əsas damar qısa olub haçalanma üsulu ilə şaxələnir.

Ürək  – qan- damar   sisteminin    mərkəzini     təşkil  edir.   Ürək     yastılaşmış qanusabənzər əzələvi bir üzvdür. Bunun yuxarı, sağa və dala baxan enli ucu-əsası, aşağı,  sola   və  önə  baxan   ucu  –  zirvəsi  adlanır.  Ürəyin   iki   səthi:  ön  döş-qabırğa,  dal  –  aşağı  diafraqma səthləri vardır.

Ürəyin döş qabırğa və diafraqma səthlərinin üzərində ön və dal mədəcikarası şırım və xarici səthinin yuxarı hissəsində köndələn istiqamətdə gedən ürəyin tac  şırımı  yerləşir.  Beləliklə,  ürək      xaricdən  ön  və   dal    mədəcikarası  və    tac  şırımlar  vasitəsilə dörd kameraya bölünür: yuxarı hissələrinə sağ və sol qulaqcıq, aşağı hissələrinə sağ və sol mədəcik deyilir.

Sağ  qulaqcıq  sol  qulaqcıqdan  qulaqcıqarası  arakəsmə  və   sağ  mədəcik   sol  mədəcikdən mədəcikarası arakəsmə ilə ayrılır. Sağ qulaqcıq sağ mədəciklə, sol qulaqcıq  sol   mədəciklə  birləşir.  Qulaqcıqların  ön  hissəsi  çıxıntı  şəklində  olub  qulaqcıq  seyvanı  adlanır. Sağ qulaqcığa yuxarı və aşağı boş vena və ürək venaları açılır. Aşağı boş venanın  sağ  qulaqcığa  açılan yerində qapaq   yerləşir ki, buda ürəyin daxili  qişasının iki  qatından  əmələ gəlmişdir.

Ürəyin  divarı  üç  qatdan  təşkil  olunmuşdur  :  1)  ürəyin  daxili  qişası  – endokart  2) ürəyin əzələ qişası – miokard 3) ürəyin xarici qişası – epikartdan ibarətdir. Ürək, qan-damar sistemi.  Böyük və kiçik qan-damar  sisteminin inkişafı. Döl qan dövranı.

Damar sistemi 2 hissəyə bölünür. 1) qan damar sistemi.  2) limfa sistemi.

Qan damar sisteminin mərkəzi hissəsini ürək, ucqar hissəsini qan damarları təşkil edir. Qan damarları arterialar, venalar və kapilyarlara bölünür.  Qanı   ürəkdən   mühitə      aparan     damarlara    arterialar,   mühitdən   ürəyə    gətirən damarlara venalar, venalarla arteriaları birləşdirən tük damarlara isə kapilyarlar deyilir.

Kapilyaronu  arterialar  arteriola, kapilyarlardan  sonrakı  venalar  isə venula  adlanır.  Qan  bədəndə cərəyan edərək venalarla ürəyə gəlir və ürəkdən yenə arterialar vasitəsilə üzv və toxumalara  paylanır.  Qanın  tərkibində       qida   maddələri    və oksigen  daşınır.  Qan-damar  sistemi   bədəndə  iki  dövran  təşkil  edir.  Bunlardna  birinə  böyük,  digərinə  isə  kiçik  qan  dövranı  deyilir.  Böyük  qan  dövranı  aorta  vasitəsilə  ürəyin   sol   mədəciyindən  başlanır.

Aorta  arterial  qanı  bütün  üzvlərə,     toxumalara   və hüceyrələrə   daşıyır.  Aorta  urəkdən  uzaqlaşdıqca  orta  və  kiçik  arterialara  şaxələnir,   bunlar   da  ən  axırda  kapilyar  sisteminə  keçir. Kapilyar sistemində qan ilə hüceyrələr arasında gedən mübadilə nəticəsində qandan  lazımi  qida  maddələri      və oksigen  hüceyrələrə,  hüceyrələrdən  isə zərərli   maddələr    və  karbon  qazı  qana  keçir.  Mübadilədən   sonra  əmələ  gəlmiş  venoz  qan  venoz  kapilyarlara  toplanır.

Venoz  kapilyarlar  toplaşaraq  kiçik  venaları,  bunlar  da  bir-birilə  birləşərək  ən axırda  iki  böyük  vena  –  yuxarı  və  aşağı  boş  venaları  təşkil  edir.  Bunlar  da  ürəyin  sağ  qulaqcığına  açılır  ki,  burada  da  böyük  qan  dövranı  tamam  olur.  Sağ  qulaqcığa  tökülən venoz qan sağ mədəciyə keçir. Burada da kiçik qan dövranı başlanır.

Ürəyin  daxili  qişası  nazik  və  şaffaf  birləşdirici  toxumalardan  ibarət   olub   daxili səthi   endotel  ilə  örtülür.  Bu  qişa  qulaqcıqları  örtərək,   mədəciklərə  keçərkən  qulaqcıq  –  mədəcik qapaqlarını və mədəcikləri örtərək damarlara  keçərkən ağciyər kötüyü və aorta qapaqlarını əmələ gətirir. Ürəyin əzələ qişası onun ən əhəmiyyətli qişası olub eninəzolaqlı  əzələ toxumasından  ibarətdir.

Lakin,   eninəzolaqlı  skelet  əzələlərindən   fərqli  olaraq  ürək əzələsi lifləri bir-birinə atmalar verərək top əmələ gətirir.  Qulaqcıqların əzələ qişası səthi  və dərin qatdan təşkil olunmuşdur. Səthi əzələ qatı köndələn əzələ liflərindən ibarət olub  özü də hər iki qulaqcığı əhatə edir. Dərin qat isə həlqəvi liflərdən ibarət olub, hər qulaqcıq  üçün ayrı olur.

Mədəciklərin əzələ qişası isə səthi, boylama, orta həlqəvi və dərin boylama  qatından ibarətdir. Bunların gördükləri iş qulaqcıqlardan artıq olduğu üçün divarları da bir  qədər  qalın  olur.   Sol  mədəcik  qanı  böyük  dövrana  verdiyi  üçün  onun  divarı  sağ  mədəcikdən təxminən 3 dəfə qalındır. Qulaqcıqların əzələ qişası mədəciklərin əzələ qişası   ilə  yalnız  qulaqcıq-mədəcik   dəstəsi  keçən   yerdə  rabitədə  olur.

Ürəyin  serroz  qişası  –  epikard  əzələ qişasını  xaricdən örtərək onunla  sıx rabitədə olub,   xarici səthi   mezotel ilə örtülür.  Ürəyin  serroz  qişası  mədəcikləri   və  qulaqcıqları  örtərək  davamı  ürək   kisəsinə  – perikarda keçir.

Ürək kisəsi konus şəklində olub, əsası diafraqmanın vətər mərkəzinə birləşmişdir.

Bu xarici lifli və daxili serroz təbəqədən təşkil olunmuşdur.  Bu   iki   təbəqənin  arasında  ürək   kisəsi  boşluğu  yerləşir.  Bu  boşluq  yarıq  şəklində olub, normal halda içərisində 50-60 sm  serroz maye olur.

Döl qan dövranı. Ana bətnində inkişaf edən dol ağ ciyərlərlə tənəffus etməyi ucun

kicik qan  dovranı  fəaliyyətdə  olmur.  Döl  həyat   fəaliyyəti  üçün  lazım  olan  maddələri və oksigeni  ana  qanından  alır.  Dölün  qanının  qida  maddələri   və  oksigenlə  zənginləşməsi, karbon qazı və mübadilə məhsullarından azad olunması cift adlanan xüsusi üzvdə gedir.

Cift   nəlbəki  boyda,  500  qram  ağırlığında  olub,  uşaqlığın  selikli  qişası  və  dölün  xovlu  qişalarından  inkişaf  edir,  özü  də         göbək     ciyəsi   vasitəsilə   döllə   rabitədə   olur.  Göbək ciyəsinin   tərkibində     1  cüt  göbək  arteriaları  və     1  göbək  venası  gedir.  Göbək  arteriaları  döldən qarışıq qanı ciftə gətirir. Göbək venası isə ciftdən arterial qanı dölə aparır. Göbək venası göbək halqasından dölün qarın boşluğuna keçir.  Anadan uşaqlıq arteriası ilə arterial qan   ciftdə  olan  xovarası  sahəyə  tökülür.  Döldən  qarışıq  qanı  gətirən  göbək  arteriaları xovların içərisində kapilyar sisteminə keçir.

Döl qanı ilə ana qanı kapilyarların və xovların  divarları  vasitəsilə     bir-birindən  ayrılır.  Buradan         osmos     və  diffuziya     nəticəsində    ana  qanından oksigen və qidalı maddələr döl qanına keçir. Nəticədə əmələ gəlmiş arterial qan  göbək venası ilə dölə doğru gedərək göbək halqasından dölün qarın boşluğuna daxil olur.

Qaraciyərin  qapısı  bərabərliyində  göbək  venası  iki  şaxəyə  bölünür.  Bunlardan  biri  qapı  venasına,  digəri   isə  venoz  axacaq  adı  ilə  aşağı  boş  venaya  açılır.  Beləliklə  aşağı  boş  venada  olan  venoz  qan  göbək  venası  ilə  gələn  arterial  qanla  qarışaraq  aşağı  boş  vena  vasitəsilə  ürəyin  sağ  qulaqcığına  tökülür.  Buradan  aşağı  boş  venanın  ağzında  yerləşən qapaq   həmin  qanın  istiqamətini  döl  qan  dövranı  zamanı  qulaqcıqlara  və  arakəsmənin üzərində yerləşən   oval   dəliyə  doğru  yönəldir.   Beləliklə  də  aşağı  boş  vena  ilə  gələn   qan oval   dəlik   vasitəsilə  sağ  qulaqcıqdan  sol  qulaqcığa  keçır.  Sol  qulaqcıqdan  isə  qan   sol mədəciyə keçir ki, buradan da aorta başlayır.

Sağ qulaqcığa aşağı boş venadan başqa bir də yuxarı boş vena açılır. Yuxarı boş  vena ilə sağ qulaqcığa tökülmüş, venoz qan isə sağ mədəciyə və oradan ağciyər kötüyünə  keçir. Lakin döl qan dövranı zamanı ağciyərlər fəaliyyətdə olmadığı üçün həmin qanın çox  hissəsi   bu  zaman    arterial  axacaq   vasitəsilə ağciyər  kötüyündən  aorta  qövsünün  enən aortaya keçən yerinə tökülür.

Döl  qan  dövranı  bir  sıra  xüsusiyyətləri   ilə  daimi  qan  dövranından  fərqlənir.   Bu  xüsusiyyətlərə aşağıdakılar aiddir.

dölün qarışıq qanla təchiz olunması;

qulaqcıqların oval dəlik vasitəsilə bir-birilə rabitədə olması;

ağciyər kötüyü ilə aorta qövsünün sonu arasında arterial qanın olması;

göbək venası ilə aşağı boş vena arasında venoz axacağın olması;

qanın ciftdə təmizlənməsi;

Qalxan   aorta   və  aorta   qovsundə  aşağı  boş  vena  ilə  gələn  qarışıq  qan  olur,  enən aortada isə aşağı boş vena ilə gələn qarışıq qan üzərinə yuxarı boş vena ilə gələn venoz  qan da tökülür.  Odur ki, qalxan aorta və aorta qövsündə olan qan nisbətən təmiz olduğu  üçün  onlardan  çıxan  şaxələrlə  qidalanan   nahiyələr   enən  aortanı  şaxələri   ilə  qidalanan  nahiyələrə nisbətən yaxşı inkişaf edir.

Bəzən  oval   dəlik  və  arterial  axacaq  tutulmadıqda  anadangəlmə  ürək  qüsuru meydana  çıxır. Belə hallarda arterial qan venoz qanla  qarışır. Daimi  qan dövranında  isə  arterial və venoz qan ayrı-ayrı damarlarda cərəyan etdiyi üçün bir-birinə qarışmır.

ilkaddimlar.com

loading...

Bunlarıda bəyənə bilərsiniz ...