BAŞ AĞRILARI VƏ ONLARLA MÜBARİZƏ

Baş ağrılarıDaimi baş ağrıları zamanı həkim məsləhəti vacibdir. Ancaq həmən ağrıkəsici qəbul etməzdən əvvəl aşağıdakı vasitələri nəzərdən keçirin.

  1. Ən sadə üsul – sakitçilikdə uzanıb gözləri yummaq və ağrının keçməsini gözləmək. Adətən bu üsul, 10-15 dəqiqədən sonra kömək edir.

  2. Sadə hərəkətlərlə alından başın arxasına doğru masaj etmək. Boyunun masaj olunmasıda faydalı ola bilər.

  3. Otağın havasını dəyişmək, mümkündürsə açıq havada gəzmək.

  4. İşıqları söndürmək və hava ionizatoru vasitəsilə otağı nəmləndirmək. Müəyyən həcmdə təmiz sudanda istifadə etmək olar.

  5. İsti vanna qəbul etmək. Bir neçə damcı efir yağı istifadəsi ilə. Məsələn lavanda, limon, mayoran və sarə. Aromatlı köpük, dəniz duzu çox yaxşı seçim olar. Həmçinin qaynar duş altında durmaqda faydalıdır. Bu spazmatik baş ağrılarının qarşısını alır. Xardal damcıları əlavə etməklə ayaq vannası qəbulu. Bu beyində qan təyziqini aşağı salır.

  6. Soyuq kompress etmək – ağrı pulsasiyasını azaldır. İçərisində buz olan paketi alına və gicgahlara 10-15 dəqiqə qoymaq.

  7. Gicgahlara və boyuna mentol yaxud vyetnam mazı, efir yağları sürtmək (sitrus yaxud rozmarin).

  8. Bir stəkan qazsız su içmək. Çox vaxt spazmlar bədəndə su çatışmamazlığının nəticəsidir. Bu isti hava yaxud məşqdən sonra baş verə bilər.

  9. İsti yemək: çorba, sıyıq (kaşa). Qidanın requlyar qəbul edilməməsi baş ağrısına səbəb ola bilər. Ehtimalən bu qanda qlükoza çatışmamazlığı ilə əlaqədardır.

  10. Sakit xoşagələn zövqverən musiqi dinləmək, yumoristik verlişə baxmaq. Gülüş həm damarları canlandırır, həm endorfin hormonlarının istehsalını artırır. Endorfin həzz hormonudur və ağrıkəsici effektə sahibdir.

loading...

Bunuda oxu...