BANKALAR

Bankalar kənarı qalın, 30 – 70 ml həcmli yumru şüşə qablardır.

Bankalar qan və limfa dövranına yerli təsir göstərən vasitələrdən biridir. Qan və limfa damarlarının yerli və reflektor genəlməsinə səbəb olaraq, bankalar sorucu, iltihaba qarşı və ağrıkəsici təsir göstərir. Banka qoyulduqdan sonra birinci saat ərzində qanın tərkibində bəzi dəyişikliklər, arterial təzyiqin azalması, nəbzin yavaşıması qeyd olunur.

Göstərişlər. Bankaları bronxların, ağciyərlərin, plevranın iltihabında, ağciyərlərdə durğunluq hallarında, əzələlərin və sinir kötüklərinin iltihabi xəstəliklərində qoyurlar.

loading...

Banka qoyulan yerlər. Çox vaxt bankaları sinəyə və kürəyə (onurğa, döş sümüyü, ürək və döş vəziləri nahiyələrinə olmaz), onurğadan sağa və sola olmaqla, oturaq siniri istiqamətində budun arxa tərəfinə qoyurlar.

loading...

Bunuda oxu...