BAĞIRSAQ TIXANMASI

Bağırsaq tıxanması uşağın incə və ya qalın bağırsağının qismən və ya tam olaraq tıxanmasıdır. Tıxanma qidanın və nəcisin bağırsaqlardan keçməsinə maneə olur və uyğun şəkildə müalicə edilməzsə həyatı təhlükə yaradır. Bu problem anadangəlmə və ya sonradan qazanılma ola bilər.

Bağırsaq tıxanmasına səbəb olan xəstəliklər:

Müxtəlif həzm sistemi pozulmaları bağırsaq tıxanmasına səbəb ola bilər.

loading...

Pilor stenozuna bağlı bağırsaq tıxanması: Piler stenozu anadangəlmə pozulma pilor olaraq adlandırılan və incə bağırsağa açılan alt ucunda tıxanmaya səbəb olar;

Bağırsaq atrezisinə bağlı bağırsaq tıxanması: Bağırsaq atrezisi ilə doğulan körpələrdə bağırsaq tıxanması görülür, çünki incə və ya qalın bağırsağın bir qismi ya yoxdur ya da kifayət qədər inkişaf etməmişdir;

Bağırsaq stenozuna bağlı bağırsaq tıxanması: Bağırsaqların qismən olaraq tıxanmasına gətirib çıxaran bu vəziyyət incə və ya qalın bağırsağın bir qisminin anadangəlmə olaraq dar olmasından qaynaqlanmaqdadır;

Volvulus səbəbli bağırsaq tıxanması: Uşağın bağırsaqlarının bir hissəsi öz ətrafında tərs dönə bilər və volvulus adı verilən tıxanmaya yol aça bilər.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...