BAĞIRSAQ İNFEKSİYALARI

Mədə-bağırsaqDizenteriya. Dizenteriyamn inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.

Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.

Dizenteriyamn qızğın dövrü 1 – 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptömlarmm sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir.

loading...

Kəskin dizenteriya. Xəstəliyin yüngül kolit forması, adətən, temperaturun 37-38°C-dək qısamüddətli yüksəlməsi ilə kəskin başlanır. Xəstəliyin birinci saatlarında zəiflik, iştahanın azalması müşahidə edilir, sonradan qarında orta dərəcədə ağrılar meydana çıxır.

Defekasiya (qarın işləməsi) 3-5 dəfəyə qədər və daha çox tezləşir. Xəstələr əmək qabiliyyətlərini saxlayırlar və tez-tez özünümüalicə ilə məşğul olurlar.

Müayinə zamanı dil ərpli olur, bağırsaq ağrıyır, bərkiyir, quruldayır. Xəstəlik 5, daha az hallarda 7-8 gün davam edir və sağalma ilə qurtarır. Xronik dizenteriya. Sinir sisteminin, mədənin, qaraciyərin, mədəaltı vəzinin xəstəlikləri, qurd və protozoa invaziyaları xronik dizenteriyamn inkişafına imkan yaradır.

Mərkəzi sinir sistemi çox və ya az dərəcədə zərər çəkir. Xəstələr əsəbi olurlar, tez həyəcanlanırlar, onların iş qabiliyyəti azalır, yuxusu pozulur, tez-tez başağrıları olur.

Dizenteriyalı xəstələri evdə, yaxud stasionarda müalicə etmək olar. 5-7 gün ərzində sutkada yeməkdən sonra 4 dəfə (hər dəfə 0,1-0,15 q) furazolidon (furazolin, furodonin, furagin) təyin edilir.

Sutkada 4 dəfə 0,5 q (gündə 4 dəfə 2 həb) enteroseptol, gündə 4 dəfə (hər dəfə iki) intestopan, meksaform, rneksa- za həbi təyin olunur.

İzotonik duz məhlulları (natrium-xloridin izotonik məhlulu, Ringer-Lokk məhlulu, «Tristol», «Asesol», «Laktosol» məhlulları) tətbiq olunur.

Onları 1-2 1 həcmində venaya vururlar. Vitaminlər kompleksi (dekamevit, undevit) tətbiq edilməlidir.

loading...

Bunuda oxu...