BAĞIRSAQ İNFEKSİYALARI

Mədə-bağırsaqBağırsaq infeksiyaları qrupuna daxil olan xəstəliklərin kliniki mənzərəsinə xas olan əsasən mədə-bağırsaq traktının zədələnməsidir ki, bu, orqanizmin ümumi  intoksiyasiyası ilə keçir.

Zəhərlənmə törədicinin həyat fəaliyyəti  məhsullarının (mikrobun enqo və ekzotoksinlərinin) təsiri maddələr mübadiləsinin pozulması, müxtəlif toksik məhsulların bağırsaq divarından sorulması və bağırsaq boşluğuna ifraz edilməsi nəticəsində əmələ gəlir.

Epidemioloji cəhətcə bütün bağırsaq infeksiyalarının ümumi əlaməti insanın patogen mikroblarla yoluxma mexanizmi, yəni ağızla yoluxmadır. Bu xəstəliklər sağlam, lakin xəstəliyə həssas olan insan daxilində patogen mikroblar olan qida məhsullarını, suyu qəbul etdikdə və ya mikroblar çirkli əllərlə ağıza daxil olduqda meydana çıxır. Bağırsaq infeksion xəstəliklərin törədiciləri xarici mühitə nəcis və bəzən qusuntu kütləsi ilə ifraz edilir.

loading...

Qarın yatalağı xəstəliyin törədicisi bakteriyalardır, xarici mühitdə (suda, süddə, meyvə və tərəvəzdə) uzun müddət yaşaya bilirlər. İnsanlar çox vaxt su və ya qida məhsullarını qəbul etdikdə yoluxurlar. Xəstəliyin inkubasiya dövrü 10 gündən 14 günə qədərdir. Xəstəlik tədricən ümumi zəiflik, kefsizlik, baş ağrıları, iştahanın pisləşməsi, temperaturun qalxması, yuxusuzluq ilə başlanır.

6-7 gün ərzində dil böyüyür, şişir, qalınlaşır, üzəri çirkli boz ərplə örtülür, kənarları və ucu qırmızımtıl rəngdə olur. Qarın köpür, qaraciyər, dalaq böyüyür, qarının üzərində, döşdə, kürəkdə düzgün formalı çəhrayı ləkələr gəlir. Ağırlaşmalar: bağırsağın deşilməsi, qanaxması, ocaqlı pnevmaniya.

Müalicə. Hospitalizasiya. Tam sakitlik, palatanın təmiz, temperaturun 19-20° qədər olması, təmiz havanın daxil olması, xəstənin şəxsi gigiyenası əsas şərtlərdir. Pəhriz-yüksək kalorili, vitaminlərlə zəngin, duru halında qida verilməlidir.

Profilaktika ümumi sanitariya-gigiyena tədbirləri: düzgün su təchizatı və kanalizasiya, milçəklərlə mübarizə, şəxsi gigiyena qaydalarının gözlənilməsi, bakteriya gəzdirənlərin aşkar edilməsi. İnfeksiya ocağı dezinfeksiya edilməlidir.

Dizenteriya. Törədicisi – Fleksner, Zonne çöpcükləri. İnfeksiyanın mənbəyi – xəstə insan, yaxud daşıyıcı olur, yayılma yolu – su, qida. Xəstəliyin yayılmasında milçəklər də müəyyən rol oynayır. Maksimal xəstələnmə iyul-avqust aylarına düşür, bu da həmin dövrdə yuyulmamış çiy tərəvəz və meyvələrdən, çiy sudan daha tez-tez istifadə olunması ilə əlaqədardır.

Xəstəlik kəskin başlayır: bədən hərarəti 39-40° qədər artır, ümumi halsızlıq, süstlük, iştahanın itməsi, qusma. Bir neçə saatdan sonra qarında ağrılar, sulu nəcis ifraz olunur və tezliklə qanlı selik şəklini alır. Yoğun bağırsağın aşağı hissəsində spazmaların olması nəticəsində xəstədə nəcis ifraz etməyə yalançı meyllik meydana çıxır. Defekasiyanın sayı gündə 20-25 dəfəyə çata bilər.

Dezinteriya yüngül, orta ağır və ağır formalarda olur. Ağır formasında toksikoz halı müşahidə edilir: təkrar qusma, qıcolma, şüurun itməsi, ürək-damar pozğunluqları (taxikardiya, arterial qan təzyiqinin aşağı düşməsi).

Xəstəlik zamanı orqanizmin mühafizə qüvvələri zəifləyir və çox zaman xüsusilə də uşaqlarda ağ ciyərlərin, orta qulağın iltihabı, stomatit kimi ağırlaşmalar baş verir.

Vaxtında və düzgün müalicə aparılmayanda dizenteriyanın kəskin forması xroniki formaya tez çevrilir.

Qida toksikoinfeksiyaları. Başlıca səbəb salmonella qrupu bakteriyaları ilə yoluxmuş ət və balığın işlədilməsidir. Xəstəlik kəskin, ümumi halsızlıq, mədə bulanması, qusma, qarında ağrılarla başlanır. Sonra tez-tez defekasiya, dəri örtüyünün avazıması, nəbzin zəifləməsi, qan təzyiqinin düşməsi, bərk yanğı hissi, temperaturun çox yüksək dərəcəyə çatması, orqanizmin susuzlaşması, kəskin damar çatmamazlığı, hətta qıc olmaları mümkündür.

loading...

Bunuda oxu...