BACI-QARDAŞ QISQANCLIĞI

UşaqlarUşaqlarda tez-tez rast gəlinən və valideynlərin çox vaxt çarəsiz qaldığı bir mövzu var ki,o da bacı-qardaş qısqanclığıdır.

Belə ki bu prosesi idarə edə bilməyən valideynlər, həm özləri çox çətin vəziyyətlərdə qalırlar, həm də uşaqlar arasında bir tarazlıq qura bilmədikləri zaman uşaqlar fiziki və ruhi cəhətdən bu vəziyyətdən mənfi təsirlənirlər. Bu mövzuda valideyinlərə əhəmiyyətli vəzifələr düşür.

Yeni uşaq doğulmadan əvvəl böyük uşağın ata, baba nənə, ata tərəfdən nənə, baxıcı, uşaq bağçası ilə əlaqələri gücləndirilməlidir. Qardaş və ya bacı doğulduqdan sonra bağçaya göndərilən uşaq evdən uzaqlaşdırıldığını düşünüb, getmək istəməyəcəkdir.

loading...

Ana-atalar uşaqlar arasında münaqişə yaranan zaman tez-tez xəbərdarlıq etmək yerinə, bu vəziyyətdən necə təsirləndiklərini izah etməlidirlər. “Bir-birinizlə dava etməyiniz məni üzür, əsəbiləşdirir, başımı ağrıdır … “və s.

Mütəxəssislər iki və ya daha çox uşaqlı ailələrdə uşaqlar arasında qısqanclığın yaşanmaması üçün bəzi tövsiyələr edir

Uşaqlar bir-biri ilə müqayisə edilməməlidir

Övladlar arasında ayrı seçkilik edilməməlidir

Uşaqlara qarşı laqeyd olunmamalıdır (Uşaqların birini əzizləyərkən digərini ayırmaq olmaz)

Bir-birlərinin qarşısında uşaqlar tənqid edilməməlidir

Uşaqların münasibətlərinə müdaxilə edilməməlidir

Problemi həll etmək üçün onlara imkan verilməlidir

Qısqanclığı təhrik edən sözlərdən uzaq durulmalıdır.

loading...

Bunuda oxu...