BABASİL NƏDİR VƏ NECƏ YARANIR

Hemorroy Yoğun bağırsağın sonu, həzm sisteminin son hissəsi, düz bağırsaq adlanır. Yoğun bağırsağın sonu anal deşikdir. Yoğun bağırsağın qan dövranını beş arteriya təmin edir, onlardan biri təkdir hansı ki hemorroidal adlanır. Qanın axışını isə damarlar təmin edir.

Yoğun bağırsağın sonunda, hemorroidal zonada, məsaməli bölgə yerləşir, bu bölgə xırda venalarla boldur. Normada damarların divarı ətraf toxumanı dəstəkləməlidir, ancaq o zəifdirsə və qanın gəlişi çox, çıxışı isə azdırsa, o zaman damarlar qanla dolur və şişirlər. Bəzən isə çölə çıxırlar.

Babasil, yaxud hemorroy, həmin qanla dolmuş və qabaran məsaməli cismdir. Hərdən babasilin yaranmasına mexaniki səbəblər ola bilər. Babasil şişlərinin sayı müxtəlif ola bilər, bir və ya bir neçə. Ölçüləri 5 mm-dən 3 – sm qədər mümkündür.

loading...

Babasilin dəqiq yaranma və inkişaf etmə səbəbləri bilinmir, ancaq növbəti faktorlar hemorroya səbəb ola bilər:

Azhərəkətli həyat tərzi. Çox oturan yaxud çox duran insanlarda daha çox rast gəlinir. Bu zaman kiçik çanaqda qan dövranı zəifləyir və pozulur.

Fiziki iş. Uzun müddət ağır fiziki iş də babasilə səbəb ola bilər.

Böyük bayıra çıxmanın ağırlaşması. Bu diareya yaxud ishal ola bilər. Hər ikisi çanaqda yüksək təzyiqə səbəb olur.

Pis qidalanma. Hədsiz alkohol, acı və çox yağlı qida qəbulu.

Çanaq bölgəsinin çox üşüməsi və ya istidə olması. Hər iki hal qan dövranını pozur və kiçik çanaqda qanın durğunluğuna səbəb olur.

Hamiləlik, doğuş. Bu zaman çanaqda təzyiq artır, qanın axını pozulur.

Köklük. Babasil əsasən piyi qarın bölgəsində yığılan insanlarda olur.

Müxtəlif seks praktikaları, həmçinin anal seks.

Müxtəlif xəstəliklər: böyrək xəstəlikləri, kişik çanaq xəstəlikləri, bağırsaq xəstəlikləri.

İrsi səbəblər.

BABASİLİN SİMPTOMLARI

Babasil tədricən və hiss olunmadan yaranır. Narahatlıq elədə hiss edilmir, hərdən böyük bayıra çıxdıqdan sonra diskomfort hissi, ağrı və anusda qaşıntı  ola bilər. Hərdən xəstədə bağırsağında nəyinsə olduğu hissi mümkündür. Bayıra çıxdıqdan sonra uzunsürən ağrı hissi də mümkündür. Bu hisslər dieta və həzm sistemində pozulmalar olduqda daha qabarıq olur. Ancaq əsasən insanlar kalda, tualet kağızında yaxud alt paltarında qan olduqda həkimə müraciət edirlər

Ancaq qanaxma başqa xəstəliklərlə də əlaqəli ola bilər. Rektal qanaxma növbəti xəstəliklər zamanı mümkündür:

Anal çat

Düz bağırsağın onkoloji xəstəlikləri

Düz bağırsağın sallanması

Kolit, poliplər, kondilomlar

BABASİL NECƏ OLUR

Babasil daxili və xarici olur. Xarici babasil zamanı anusda olan hemorroidal düyünlər böyüyür. Bu zaman onları gözlə görmək mümkündür. Belə babasildə qanaxma demək olarki olmur ancaq güclü ağrılar olur. Bu babasil xərçəngə çönə bilər və çox az rast gəlinir, 10% halda.

Daxili babasili görmək çətindir, bu ancaq xəstəliyin son fazalarında mümkündür. Daxili babasilin əsas simptomu kalda qan olmasıdır. Bayıra çıxma zamanı ağrı da mümkündür.  Xəstəliyin son fazalarında babasil düyünləri bayıra çıxır.

Babasil kəskin və xroniki olur. Kəskin babasil zamanı xəstəlik sürətlə inkişaf edir. Xroniki zamanı isə bu illərlə davam edə bilər.

XƏSTƏLİYİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Birinci mərhələ. Simptomlar tam aydın deyillər. Bəzən defekasiya zamanı diskomfort hissi və sonra qaşınma olur. Əgər babasil bu mərhələdə bilinirsə müalicə tez və problemsiz olur.

İkinci mərhələ. Hemorroidal düyünlər böyüyür, divarları nazikləşir və onlarda xırda çatlar olur, bu səbəbdən qanaxmalar baş verir. Ağır fiziki işdən, çətin defekasiyadan sonra kalda, tualet kağızında və alt paltarında qan ola bilər. Qanaxma az olur və tez bitir. Hemorroidal düyünlər biraz böyük olur və bayıra çıxa bilər, ancaq özləri sonra yerlərinə qayıdırlar.

Üçüncü mərhələr. Anal sfinkterdə distrofik dəyişiklik olur və o zəifləyir. Düşən hemorroidal düyünlər ancaq əllə geri qoyula bilinər. Qanaxmalar tez-tez və çoxlu olur, qaşıntı daha güclüdür.

Dördüncü mərhələ. Düyünlər çox böyük olduğundan yerinə salmaq mümküm deyil. Anal sfinkterin əzələləri çox zəifdirlər. Düyünlərin düşməsinə yüngül təzyiq kifayətdir.

BABASİL ZAMANI AĞIRLAŞMA

Xoşbəxtlikdən babasil zamanı ağırlaşmaya az rast gəlinir. Uzunsürən və mütəmadi qanaxma anemiyaya səbəb ola bilər. Axıntı qaşıntıya səbəb ola bilər və nəticə də ekzema mümkündür.

Babsil 3 və 4-cü mərhələyə inkişaf edəndə düyünləri yerinə salmaq çox çətin olur. Onlar tək böyük bayıra çıxdıqdan sonra yox, öskürən zaman və fiziki iş zamanı düşə bilər. Düyünlər düzəlməsə tromboza səbəb ola bilər. Bu babasil zamanı ən böyük ağırlaşmalardan biridir. Xəstədə iştah itir, hərarət qalxır və ürəkbulantısı olur.

MÜALİCƏ

Babasilin müalicəsi ağrını azaltmaq və qanaxmanın qarşısını almaqla aparılır. Əgər babasil 1 və 2 mərhələdədirsə konservativ müalicə edilir – dərmanlardan istifadə edərək ağrı azaldılır,  ağırlaşmaların qarşısı alınır və əməliyyat sonrası sağalmada kömək edir.

Əgər babasil 3 və 4 mərhələdədirsə tək dərmanlar kömək etməyəcək. Azinvaziv metoddan istifadə edilir. Onlar arasında infraqırmızı şualanma, sklerpterapiya, krioterapiya var.

Babsilin dördüncü mərhələsində cərrahi əməliyyat edilir. Əsas düyünlər kəsilir, yaranın kənarı yandırılır.

BABASİLİN QARŞISINI ALMAĞIN YOLLARI

Babsilin qarşısını almaq üçün düzgün qidalanmaq gərəkdir. Meyvə, tərəvəz və rahat həzm edilən qidalar daha məsləhətlidir. Acı qida, ədviyyat və alkoqol zərərlidir.

Çoxlu maye qəbul etmək. Gün ərzində 6-8 stəkan arası maye qəbul etmək gərəkdir. Bu zaman stul yumşaq olacaq və bağırsaq divarlarını zədələməyəcək.

Böyük bayıra çıxdıqda gücənməmək. Bu düz bağırsaqda təzyiqə səbəb olur.

Tualetə vaxtında getmək. Əks halda stul bərk olacaq və orqanizmdən onu çıxartmaq çətinləşəcək.

Fiziki məşğələlər. Bu damar sistemini yaxşılaşdıracaq, qanaxmanı gücləndirəcək və venalara təzyiqi azaldacaq.

Uzun müddət hərəkətsiz qalmamaq. Çox oturma yaxud hərəkətsiz qalma rektal bölgədə venalara təzyiqi artırır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...