B12 VİTAMİNİ ÇATIŞMAZLIĞI

B12 vitamini immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin insanın beyin funksiyalarına və emosional vəziyyətinə müsbət təsir edərək, sinir sistemini mənfi təsirlərdən qoruyur.

Orqanizmdə B12 vitaminin xroniki çatışmazlığı müxtəlif sinir sistemi xəstəliklərinə və pozulmalara gətirib çıxara bilər.

B12 vitaminin çatışmazlığına səbəb olan amillər:

loading...

həzm sistemi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit və s.)

natamam qidalanma (məsələn, vegetarianlarda, daim pəhriz saxlayan insanlarda və s.)

bəzi dərman preparatların uzun müddət ərzində qəbulu

siqaret çəkmək və s.

B12 vitaminin çatışmazlığı nəticəsində:

immun sistemin zəifləməsi

qanazlığının inkişafı

əsəbilik, tez yorulma, başgicəllənməsi, depressiya

iştahanın azalması, ishal, selikli qişalarında xoraların əmələ gəlməsi

saçların ocaqlı tökülməsi

ağız qıraqlarında çatlar

dilin iltihabı

burnun və ağzın ətraflarında dərinin iltihablaşması

xarici cinsiyyət orqanlarında dərinin iltihablaşması və qaşınması

gözlərdə qaşınma, göynəmə, işiğa qarşı həssaslığın artması, görmənin zəifləməsi

B12 vitamini əsasən daha çox rast gəlinir:

ətdə (xüsusilə heyvanın qara ciyərində);

balıqda (skumbriya, sardina, siyənək, keta, xanı balığı) və digər dəniz məhsullarında (krab, istridyə);

yumurta sarısında;

süd məhsullarında (kəsmik, pendir və s.) olur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...