BƏRABƏR QAYDADA TİBBİ XİDMƏT

Səhiyyə sistemində bərabərsizlik diqqət çəkən həyati mövzulardandır. Bu məfhum insanlar və qruplar arasında sağlamlıq və tibbi xidmətin keyfiyyətində fərqlilikləri öyrənir. Fərqliliklər əsasən etnik, irsi, cinsi və sosial-iqtisadi qruplar arasında xəstəliklərin mövcudluğunda, sağlamlıq dərəcəsində və tibbi xidmətə əlçatanlıqda mövcud olur.

Təəsüf ki, dünyada tibbi xidmətdə və ümumiyyətlə insanların sağlamlığında bu cür bərabərsizlik qalmaqdadır. Hətta inkişaf etmiş ölkə olan Amerika Birləşmiş Ştatlarında belə müxtəlif irqlər arasında bu fərq mövcuddur.

Əfqanıstanda ana ölümlərinin riski 11 nəfərdən birində olduğu halda, Avropada bu rəqəm 31.800 nəfərdə birdir. Bu rəqəmlərdəki böyük fərq təkcə bacarıqlı ginekoloqların Əfqanıstanda az olması deyil, həmçinin iqtisadi və sosial quruluşun düzgün olmamasının göstəricisidir.

loading...

Səhiyyədə və sağlamlıqda böyük fərqliliklər gücün, vəsaitin və resursların qeyri bərabər olaraq paylanmasının nəticəsidir. Sağlamlıqda və səhiyyədə mövcud olan bərabərsizlik qadınlar və kişilər, uşaqlar və böyüklər, işləyən və işləməyən insanlar arasında müşahidə olunur. Bu bərabərsizlik təkcə ölkələr arasında deyil həmçinin eyni ölkə daxilində də geniş yayılmışdır.

Sosial bərabərsizlik cəmiyyətin irəliləməsinə çox böyük mənfi təsirini göstərir. Adətən cəmiyyətdə qeyri-ədalətli yanaşmaya məruz qalanlar milli azlıqlardır.

Əslində tibbi xidmətdə olan bərabərsizlik elə sosial fərqliliyin təzahürüdür. Bərabər qaydada tibbi xidmət almayan vətəndaş digər xidmətlərdən də rahat şəkildə istifadə edə bilmir. Bərabər qaydada tibbi xidmət almayan nəsillərdə insanların gələcəyi və onların inkişafı çətinliyə məruz qalır. Bərabərsizliyin qurbanı olmuş şəxslərin həm səhhətlərində problem olur, həm təhsildə geri qalır, həm də cəmiyyətdə qabaqcıl yer tuta bilmirlər.

Ətraf mühit və sağlamlıq

Yaşadığımız dövrdə ətraf mühit amili və ətraf mühitin insan həyatına geniş təsiri danılmaz bir faktdir. Ölkənin yerləşdiyi landşafdan və iqlimdən asılı olaraq bəzi insanlar təbiətin gözəlliklərindən və faydasından səmərəli şəkildə istifadə edə bilirlər. Dünyanın bir çox ölkələri və böyük şəhərləri isə çirklənmiş ətraf mühitin zərərindən qaça bilmirlər. Qlobal istiləşmə getdiyi bir dövrdə bu proses daha da pisləşməkdədir. Çirklənmiş və ya əlverişsiz ətraf mühit insanların sağlamlığına birbaşa mənfi təsirini göstərməkdədir. Bu da öz növbəsində insan inkişafına mane olan əsas maneələrdən biridir.

Ətraf mühitin amillərinin mənfi təsiri nəticəsində insanların səhhətlərində müxtəlif problemlər yaranır. Bu təsirlər əsasən çirklənmiş su, ərzaq və atmosfer, karbon qazı, yüksək radiasiya və digər vasitələrlə baş verir. Ətraf mühit amilləri insan sağlamlığında problemləri sonradan büruzə verir. Davamlı olaraq çirkli su ilə yaşamaq və ya radiasiyaya məruz qalmaq sonradan bədəndə xəstəliklərin yaranmasına şərait yaradır.

TİBB BACISIÜmumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada baş verən xəstəliklərin 24%-i və ölüm hallarının (erkən ölümlərin) 23%-i ətraf mühit amillərinin təsiri nəticəsində baş verir. Uşaq ölümlərində isə bu rəqəm daha çox, 36% səviyyəsindədir. Dünyada geniş yayılmış 102 xəstəliyin 85-nin yaranmasında ətraf mühit amillərinin təsiri vardır. Ətraf mühitin daha geniş təsiri ilə yayılan xəstəliklərə mədə-bağırsaq pozulmaları (diarrea), aşağı tənəffüs yolu infeksiyası, malyariya və digər ətraf mühitlə təmasda yaranan xəstəliklər daxildir.

Dünyada ətraf mühit amillərinin təsiri riski uşaqlarda böyüklərə nisbətən 5 dəfə artıqdır. Bu vəziyyət inkişaf etməkdə olan ölkələrdə və zəif inkişaf etmiş ölkələrdə daha da acınacaqlıdır. Belə ölkələrdə uşaqlar arasında erkən ölüm dəfələrlə çoxdur.

Ətraf mühit təsirlərinin azaldılması və dünyanı yaşamaq üçün əlverişli etmək bir çox Avropa və Amerika ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Ətraf mühitin çirklənməsinin qarşısının alınması bir çox yollarla həyata keçirilir. Bunlara qlobal istiləşmənin qarşısının alınması, dünya əhalisinin təmiz su və qida ilə təmin olunmasının artırılması, atmosferə buraxılan zərərli qazların azaldılması, yaşayış yerlərinin şəraitinin yaxşılaşdırılması və sair tədbirlər daxildir. Hesablamalara görə, ətraf mühiti daha təmiz saxlamaqla hər il 13 milyon ölümün qarşısı alına bilər.

Minilliyin İnkişaf Məqsədlərindən biri 2015-ci ilə qədər təmiz sudan yararlana bilməyən və normal sanitariyası olmayan insanların probleminin aradan qaldırılmasıdır. Hesablamalara görə bu məqsədlə xərclənən vəsait sonradan 8 dəfəyədək artıq xeyir gətirəcəkdir. Bu faydalara əsasən iqtisadi məhsuldarlıqda artım, səhiyyəyə xərclənəcək vəsaitdə azalma, xəstəliklərin azalması nəticəsində insanların həyatında artım müşahidə olunması daxildir.

loading...

Bunuda oxu...