BƏLĞƏM HAQQINDA

BəlğəmBəlğəm öskürdükdə və hayxırdıqda tənəffüs yollarının selikli qişasının ifraz etdiyi patoloji sekretdir. Bəlğəmi analiz etmək üçün iki metod vardır; makroskopik və mikroskopik. Makroskopik analizdə bəlğəmin miqdarını, rəngini, konsistensiyasını, iyini və qarışıq olub olmamasım təyin edirlər.

Ağciyərlərin xəstəliklərində həlğəmin miqdarı sutkada çox müxtəlif olub 2—3 dəfə tüpürməkdən ta 500-1000 ml-ə qədər olur. Ağciyərlərin absesində, bronxoektazlarda, kavernoz vərəmdə xəstə çoxlu bəlğəm ifraz edir. Вəlğəmin konsistensiyası adətən özlü, bəzi hallarda isə duru olur.

Bəlğəmin konsistensiyası onun tərkibindən asılıdır. Xarakterirə görə bəlğəm selikli, irinli, sersoz və qanlı olur. Çox vaxt ağciyər və bronxların xəstəliklərində о qarışıq, seroz bəlğəm isə duru, rəngsiz, köpüklü olur, xarici görünüşünə görə о çalınmış yumurta ağına oxşayır.

loading...

Ağciyərlərin ödemində bu cür bəlğəm ifraz olunur. Bəlğəmin rəngi onun tərkibindəki qatışıqların hüceyrə elementlərindən (eritrositlər, leykositlər, epitel hüceyrələri) asılıdır. Ağciyər qanaxmasında bəlğəm al-qırmızı rəngdə ola bilər: krupoz pnevmoniyada о pas rəngində, selikli-qanlı olub moruq jelesinə oxşayır, ağciyərlərin şişində də bu cür bəlğəm olur.

Daim kömür tozu ilə nəfəs alan adamlar tünd boz rəngli bəlğəm ifraz edirlər. Təzə ifraz olunmuş bəlğəmin adətən iyi olmur. Bəlğəm açıq qabda qaldıqda, xüsusən isti havada çürüyür və pis iy verir. Aqçiyər qanqrenində, bronxoektazlarda, irinli bronxitdə bəlğəm üfunət iyi verir.

Bəlğəmin mikroskopik analizində onun əsas hissəsini leykositlər təşkil edir və bunlar irinli bəlğəmdə çox olur. Bronxial astmalı xəstələrin bəlğəmində eozinofıllər, Şarko-Leyden kristalları və Lurşman spirallan tapılır. Bəlğəmdə eritrositlər olması ona qan qarışdığını göstərir ki, bu da ağız boşluğunda baş verir, yaxud ağciyər qanaxması ilə əlaqədardır.

Aqciyər toxuması dağıldıqda bəlğəmdə elastik liflər tapılır. Ağciyərlərdə yeni törəmələr olduqda bəzən bəlğəmdə şiş hüceyrələri tapılır. Şiş hüceyrəbrini təyin etmək üçün bəlğəmi Petri fincanına yığırlar və dərhal laboratoriyaya göndərirlər, çünki atipik hüceyrələr tez parçalanır.

Bəlğəmin bakterioloji analizi müxtəlif ağciyər xəstəliklərinin törədicilərini tapmağa imkan verir. Diaqnozu qoymaq üçün bəlğəmdə vərəm mikobakteriyalarının tapılmasının mühüm əhəmiyyəti vardır. Bakterioloji analiz üçün bəlğəmi steril qaba yığırlar. Bəlğəm azdırsa, onu 3 sutkaya qədər yığmaq və sərin yerdə (döşəmədə) saxlamaq olar.

Bəlğəm ifraz edən hər bir xəstə cibində fərdi tüpürcək qabı gəzdirməlidir, bu, qapağı burulub bağlanan qara şüşə qabdır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...