BƏDƏNDƏ TEZ TEZ ŞİŞKİNLİK

Bir çoxlarımız bu xoşagəlməz problemlə rastlaşırıq. Bəzilərimizdə səhər tezdən üz və gözətrafı nahiyyə şişkin olur, bəzilərində axşama doğru ayaqlarında və s… Bəs bu şişkinliklərin səbəbləri nə ola bilər ?!

  • zülal çatışmamazlığı (ət, balıq, yumurta, kəsmik)

  • orqanizmdə suyun (maye yox, məhz təmiz su) çatışmazlığı

  • sadə karbohidratların artıqlığı (kökələr, çörək, şəkər)

  • 3 stul sindromu (uzun müddət oturaq vəziyyətdə olmaq – evdə, işdə, maşında)

  • hormonal disbalans.

Şişkinliyin günün hansı hissəsində olması da vacibdir. Səhər şişkinliyi tiroid vəzi, axşam şişkinliyi isə ürək, böyrək, damarlarla olan problemlərdən xəbər verir. Unutmayın bədəndəki şişkinlik, tərəzidəki artıq çəkidir. Bu səbəbdən əgər bədəninizdə artıq su toplanırsa mütləq bunun səbəbini araşdırın, çünki fəsadları ciddi ola bilər.

Dr. Vüsalə Tağıyeva

loading...
loading...

Bunuda oxu...