BƏDƏN İNFARKTDAN NECƏ XƏBƏR EDİR

Düzgün olmayan qidalanma və sıxıntılı həyat tərzi stressə və iltihaba səbəb olur. Bu isə öz növbəsində infarkta gətirib çıxara bilər. İnfarktın qarşısını almaq üçün onun simptomlarını bilmək gərəkdir.

Ən əsas amil düzgün qidalanma və stressin olmamasıdır. Ancaq əgər bu mümkün deyilsə, orqanizminiz sizi bir ay öncədən təhlükədən xəbərdar edəcək.

Zəiflik

loading...

Sıxılmış damarlar qan axınını zəiflədir və qan dövranını korlayır. Bu isə orqanizmi, əsasəndə əzələləri, zəiflədir.  Zəiflik hiss etsəniz ehtiyyatlı olun.

Başgicəllənməsi və soyuq tər

Pis qan dövranı beyinə qan axınını azaldır, bu isə başgicəllənməsinə və soyuq tərə səbəb olur. Beyin normal fəaliyyət göstərə bilmir. Daima soyuqluq hissi olur.

Sinədə təzyiq

İnfarkt yaxınlaşdıqca sinədə ağrı və təzyiq artacaq. Həmçinin ağrı çiyinlərə, kürəyə və əllərə yayıla bilər.

Qripp yaxud soyuqdəymə

İnfarkt keçirmiş insanlar  deyirlərki, infarktdan öncə qripp yaxud soyuqdəymə ilə ağrıyırdılar.

Yorğunluq

Ürəyə qanın zəif axması yorğunluğun səbəbi ola bilər. Əgər özünüzü daima yorğun hiss edirsinizsə həkimə gedin.

Təngnəfəslik

Təngnəfəslik arteriyaların sıxılması və qan axının azalmasını bildirir. Ağ ciyər yetərincə qan almır.

Rahat, sağlam həyat tərzi aparın və orqanizminizə qulaq asın.

Sağlam olun!

loading...

Bunuda oxu...