BƏDƏN DİSMORFİK POZUNTUSU

DİSFORMİYADysmorphia” sözü yunan mifologiyasında çirkinliyi təmsil edir. Dis – anormal, morfo isə şəkil menasini verir. Dysmorphia ilk dəfə 1880-ci ildə psixiatr Enrique Morselli tərəfindən “dismorfofobi” olaraq tanıdılmışdır.

Xəstəliyinin Amerikan Psixiatrlar Birliyinin sinifləndirmə sistemi olan “Ruhi Problemlərin Diaqnostik və Statistik Əl Kitabı”nda yer alması 1980-ci ilə təsadüf etmişdir.

Yaxşı bəs nədir bu “Bədən Dismorfik Pozuntu” ?:

loading...

Bədən Dismorfik Narahatlığı insanın bədənini qəbul etməsi ilə dərk etməsi arasında olanda bir qarşıdurma və ya çatışmadır.

İnsan öz bədənində var olan bir qüsuru həqiqətdə olandan daha pis qəbul edər və bu qüsuru qloballaşdırar. Lakin bu qloballaşdırma, hər zaman var olan bir qüsurdan aynaqlanmaya da bilər. Dismorfik narahatlıqdan əziyyət çəkənlərə nəzər yetirsək görərik ki, daha çox rastlanan hal budur ki, bu şəxslər əslində gerçəkdə var olmayan, xəyali bir qüsura qarşı yaratdıqları çatışmanın içindədirlər.

Xəstəliyin ortaya çıxması adətən 15-20 yaşlarında olur və qadınlarda daha çox rastlanır. Və bu xəstəlik çox təəssüf ki, bizim cəmiyyətdə çox az bilinən bir xəstəlikdir. Çünki “Bədən Dismorfik Pozuntusu” olan şəxslərin ilk başvurduqları həll üsulu plastik-estetik cərrahiyə əməliyyatıdır.

Ancaq əminliklə söyləyə bilərik ki, Bədən Dismorfik Narahatlığı hər hansı plastik bir cərrahiyə ilə düzəlməz. Əksinə, insanın beynindən ata bilmədiyi, davamlı təkrarlanan düşüncələri qaldığı yerdən, hətta müalicə edilmədiyi üçün daha kəskin bir şəkildə davam etməkdə olacaqdır.

Araşdırmalar göstərir ki, haqqında danışdığımız narahatlıqdan əziyyət çəkən insanların 35%-ində özfərqindəlik vardır. Bu da o deməkdir ki, həmin şəxs, xırda qüsurunu beynində bu qədər böyütmənin aşırı olduğunun fərqindədir.

Daha açıqlayıcı desək, adam əslində nəyin gerçək olduğunu, nəyin gerçək olmadığının fərqindədir. Burada problem gerçəyin nə olması deyildir: xəstənin israrla qurtula bilmədiyi öz bədəni ilə bağlı düşüncələridir.

Öz-özünə keçər mi ?:

Xəstə yaxınlarında çox eşitdiyimiz sözlər: “indiki cavanların xəstəliyidi, bizim vaxtımızda heç belə şeylər olurdu a bala ?!”,

“rahatlıqdan, hər şeyin varlığından yaranan xəstəlikdi “, “diqqət çəkmək üçün uydurur bu xəstəliyi”,

“qorxularının üstünə-üstünə getsə keçər bu” , “buraxsaq elə öz başına görərsiz necə keçir, biz üstünə düşürük deyə belə olur”, “həkim biz deyirik başa düşmür, xahiş edirik sizdə deyin ki burnunda heç bir problem yoxdur” kimi sözlərdir.

Bu narahatlığı olan xəstələr üzərində aparılan müalicələr və araşdırmalardan bəlli olmuşdur ki, Dismorfik Bədən Narahatlığından əziyyət çəkən şəxslər bədənsəl bölgələrini (orqanlarını) bir bütün olaraq deyil, parça-parça və daha detallı bir şəkildə düşündükləri üçün bu narahatlıqdan əziyyət çəkirlər əslində.

Məhz buna görə də, Dismorfik Bədən Narahatlığı müasir bir xəstəlik, yeni nəslin uydurma bir xəstəliyi deyildir və öz-özünə də keçən bir şey deyildir. Düzgün müalicə edilmədikdə qayğılar və şikayətlər arta bilər və bədənin əvvəllər narahatlıq yaratmayan hissələri də xəstədə narahatlıqlar yaratmağa başlaya bilər. Bir daha qeyd etməkdə fayda vardır ki, bu xəstələr davamlı olaraq qüsurlu olduğunu düşündüyü bölgəsini gizləməyə çalışır.

Davamlı olaraq güzgüyə baxar və ya güzgünün önünə keçməkdən qorxar. Dismorfik Bədən Narahatlığı əgər vaxtında müalicə edilməsə, narahatlıqdan əziyyət çəkən şəxs universitetinə, işinə getməkdən çəkinməyə başlayar, bir müddət sonra isə onda sosial fobiya yaranmağa başlayar.

Müalicə edilməyən hər 5 şəxsdən birində isə, xəstəlik intihara təşəbbüsə qədər gətirib çıxarır. Bu cür narahatlıqdan əziyyət çəkənlər, sağlamlıqları üçün mütləq şəkildə təcrübəli bir psixiatra müraciət etməlidirlər.

Dr. Azər Bağırov

loading...

Bunuda oxu...