AYBAŞI ZAMANI DÜZGÜN QİDALANMA

Aybaşı zamanı qidalanmanı balanslaşdırsan, xoşagəlməz simptomları aradan qaldıra bilərsən.

Menstruasiya zamanı kalsium çox aşağı düşür. Onun çatışmazlığı ilə maddələr mübadiləsi zəifləyir, əzələ və sinir sisteminin fəaliyyəti pozulur. Adətən kalsium azlığında əsəb və ayaqlarda qıc olma müşahidə olunur. Bu problemlərdən qaçmaq üçün menyuya süd məhsulları və yaşıl tərəvəzlər əlavə etmək gərəkdir.

Menstruasiya zamanı ağrıları antioksidant tərkibli məhsullar azalda bilər. Məsələn, alma, gavalı, sitruslu meyvələr və qırmızı kələm. Həmçinin E vitamini ilə zəngin məhsullar – bitki yağı və soya paxlası.

loading...

Mensturasiya zamanı tez-tez narahatlığa səbəb olan kaliy və maqnezium azlığını banan və qoz-fındıq kompensasiya edir.

Hemoqlobin azlığını dəmir tərkibli məhsullar ilə doldurmaq lazımdır: dəniz məhsulları, donuz və ya mal ciyəri, qarabasağ sıyığı.

loading...

Bunuda oxu...