AYAQ BAŞ BARMAQ ÇIXINTISI

Ayaq baş barmağının başlandığı yerin iç tərəfindəki (daraq sümüyü ilə barmağın başladığı oynaqda) şişkinlik, çıxıntıya halluks valqus (HV) deyilir. Qadınların 40%-ində bu problem rastlanır. 70% hallarda genetik meyillilik vardır.

Genetik olaraq 1 və 2 daraq sümükləri arasındakı dərəcə çox olduqda müəyyən vaxtdan sonra baş barmaq digər barmaqlara yaxınlaşır. Bu kəskin əyilmə bir çıxıntı olaraq baş barmağın iç tərəfində hiss edilməyə başlanır.

Genetik meyillilikdən başqa uzun müddət topuqlu və önü sivri ayaqqabı geyinənlərdə də HV yarana bilər. Bu səbəblə də bu problemi olanların onundan doqquzu qadındır.

loading...

Bu çıxıntı ayaqqabı içində sıxışdıqda dəridə qızarıqlıq və ağrı olur. Müəyyən vaxt sonra dəri altındakı bursa-kisədə maye toplanır və ağrı, şişkinlik artır. Bu narahatçılıq uzun müddət davam etdikdə uyğun olmayan oynaq vəziyyəti duzlaşmaya-artroza yol açır.

Bu mərhələdən sonra şikayətlər şiddətlənir , dərman və digər konservativ müalicələr faydasız olur. Müalicənin oynaqda duzlaşma əmələ gəlməmiş başlanması müalicənin proqnozunu müəyyən edən ana faktordur. Baş barmaq əyildikcə ikinci barmağın altına və ya üstünə tərəf yer dəyişdirir.

Dr. Rəşad Zeynalov

loading...

Bunuda oxu...