AYAQ AĞRILARI

Ayaqda ağrılarAyaq ağrılarının mümküm səbəbləri arasıdna güclü fiziki yük, ayaqqabı, bədənin narahat durması, qadınlarda hamiləlik ola bilər. Əgər ağrı varsa onları görməməzdikdən gəlmək olmaz. Belə simptomlar çox zaman xəstəlikdən xəbər verir.

Ayaq ağrılarının ən sadə səbəbi əzələ yorğunluğudur. Bu hal əsasən idmançılarda olur, ancaq adi insanlarda da aktiv günün sonunda mümkündür. İstirahət etdikdə ağrı keçir.

Travmalar. Yıxıldıqda yaxud zərbə nəticəsində bir çox hallarda travma baş verir. Zədələnmələr, sümük çatı və sınığı, əzələ dartılması və qopması mümkündür.

loading...

Toxuma xəsarətləri çoxda təhlükəli olmayan travmadır. Zərbə yerində şişkinlik yaranır.

Sümüklərin zədələnməsi daha təhlükəlidir. Sınıq sümüyün anatomik bütövlüyünün pozulmasıdır. Sümük sınığı növbəti simptomlara sahibdir:

Travma anında ayaqda güclü ağrı

Sürətlə artan şişkinlik

Hematoma

Ayağın funksiyasını itirməsi

Mümkün deformasiya

Sümük çatı zamanı ağrı biraz az olur. Ancaq bir neçə saatdan sonra şiş və dərialtı hematoma əmələ gəlir. Ağrı hissi itmir. Sümük zəif olur və ehtiyyatsız hərəkət olsa çat sınığa dönə bilər.

Əzələ dartılması digər çox yayılmış travmadır. Əzələ toxuması çox gərginlik altında dartıla bilər. Bu zaman yüngül ağrı və şişkinlik olur. Əzələnin tam dartılması gipslə müalicə edilir, müəyyən hallarda əməliyyat da ola bilər.

Bağlar və vətər möhkəm ancaq azelastikdir. Bağlar oynaq sümüyünü düzgün mövqedə tutur. Vətər əzələnin sümüyə birləşdiyi hissədir. Onlar növbəti səviyyəli xəsarətlər ala bilərlər:

birinci – tellərin az həcmdə qopması

ikinci –  tellərin yarıdan çoxunun qopması

üçüncü – bağın yaxud vətərin tam qopması

Bu zaman güclü ağrı və şişkinlik olur. Ayağın funksiyası pozula bilər.

Artrit – oynaq iltihabıdır. İti yaxud xroniki, aseptik yaxud irinli, bir ayaqda yaxud hər iki ayaqda ola bilər. Hər artritin özünə xass simptomları olur. Ağrı istirahətdən (revmatik iltihab) yaxud gərgin iş rejimindən sonra arta bilər, iti, sızıldayan ola bilər. Oynaq artritinin bir neçə növləri var:

Travmatik artrit – sümük əzilməsi və travması nəticəsində olur

İrinli – oynağa infeksiya düşdükdə ola bilər

Reaktiv – infeksiya nəticəsində olur, ancaq infeksiya həzm sistemi yaxud sidik ifrazatı sisteminin infeksion xəstəliyi nəticəsində oynağa düşür

Revmatoid – xroniki sızıltılı ağrı və oynaqların şişkinliyi ilə olur.

Artroz – oynaqlarda degenerativ qeyriiltihabi mənşəli dəyişiklikdir. Xəstəlik sol, sağ yaxud hər iki ayaqda daimi ağrılarla və oynağın tədricən deformasiyası ilə müşahidə edilir.

Əzələ xəstəlikləri

Ayaqda əzələ ağrısının ən sadə izahı ağır fiziki işdən sonra yorğunluqdur. Bu əzələnin dartılması və mikroqopmalar nəticəsində olur. Əzələ ağrısının ciddi səbəbləri arasında növətilər var:

Miozit – əzələ iltihabı, zərbə, travma və digər zədələr zamanı baş verir.

Kraş-sindrom – uzunsürən təzyiq nəticəsində əzələnin funksiyasını itiməsi

İntoksikasiya – əzələ toxumasında toksinlərin yığılması.

Uzun zaman davam edən təzyiq nəticəsində bağlar və vətərlər zədələnir. Vətərdə iltihabi proseslər tendinit, bağlarda kı isə fasciit adlanır. Bu bir neçə səbəbdən ola bilər:

Məşqin düzgün edilməməsi

İntensiv idman zamanı ayaqların yetərincə istirahət etməməsi

Artıq çəki

Oynaqların patologiyası ayaq ağrılarının səbəbi ola bilər. Oynaqların sağlamlığı normal qan dövranın və toxumaların qidalanmasının əsasıdır. Bu prosesdə venalar, arteriyalar və xırda kapilyarlar iştirak edir. Damarların iltihabı, divarlarının elastikliyinin azalması tromba səbəb ola bilər.

Sinir sisteminin işinin pozulması digər səbəbdir. Xəstəliklər arasında osteoxondroz, nevrit və əzələnin sıxılması var.

Qanın qatılığı zamanı uzun sürən key ağrılar olur, ağırlıq və gərginlik müşahidə edilir. Bu davam etdikdə aşağı ətraflarda damar genişlənməsi yaranır. Ayaqda ağrılar adətən axşama doğru başlayır.

Tromboflyubitə, damar xəstəliyi, xarakterik olan iti ağrılar, güclü döyüntü və yanğı hissidir.

Onurğa problemləri həmçinin ayaqda ağrılara səbəb olur. Bu fəqərəarası disk yırtığı zamanı daha qabarıqdır.  Düzdaban xəstəliyi də ayaqda ağrıya, ayaqların tez yorulması, ağırlıq hissinə səbəb olur.

Ayaq ağrılarının qarşıxını almaq üçün faydalıdır:

Yüngül fiziki ağrılıq, gündəlik 2-5 km gəzinti, üzgüçülük

Yay vaxtı ot, xırda daşlıq, taxta döşəmə, gəvə üzərində ayaqyalın gəzmək

Düzgün seçilmiş ayaqqabı

Çox ağır yük qaldırmamaq.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...