AUTOHEMOTERAPİYA

Autohemoterapiya xəstənin öz qanı ilə müalicə metodur. Uzun çəkən xroniki xəstəliklər zamanı (çiban, xroniki pnevmoniya, ağciyər absesi, uşaqlıq artımlarının xroniki iltihabı və s.) autohemoterapiya orqanizmə müsbət təsir edir.

Müalicəyə əks-göstəriş kəskin xəstəliklərdir. Manipulyasiyanı aparmaq üçün venepunksiyada işlənən steril material olmalıdır. Şprislə venadan qan götürür və onu həmin xəstənin sağrısının yuxarısına vururlar. Qanı yavaş-yavaş, uzunluğu 6-8 sm olan iynə ilə vurmaq lazımdır.

Bundan sonra həmin yerin irinlənməməsi üçün isitqac qoymaq lazımdır. Vurulacaq qanın dozasını həkim təyin edir. Adətən, müalicəni 2 ml-dən başlayır, hər 3-4 gündən bir qanın miqdarını artırıb 10 ml. çatdırırlar. Müalicə kursu 8-12 iynədir.

loading...

Bəzən iynə vurduqdan 12-24 saatdan sonra xoşagəlməz hallar baş verir; bədənin temperaturu 38°-ə qalxır, iynə vurulan yer şişir və ağrıyır. Belə hallarda sonrakı iynədə qanın dozasını azaldırlar. İynə vuran vaxt xəstələrin ümumi vəziyyətinə baxmaq lazımdır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...