AUTİZMİN ƏLAMƏTLƏRİ

Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü büruzə verir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.

Uşaqda diqqət toplamaq çətinliyi müşahidə olunur;

Autizmli uşaqlar ətrafa qarşı laqeyddirlər;

loading...

Adı səsləndiyi zaman reaksiya vermirlər;

Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar;

Bəziləri təmasa icazə vermirlər və xoşlamırlar;

Bir ortama daxil olduqları zaman əksər vaxtı insanları deyil, cansız varlıqları seçirlər;

Təqlid bacarıqları olmur;

Söylənənləri tutuquşu kimi təkrarlayırlar;

Səbrsiz olurlar;

Oyuncaqlarla lazımi qaydada oynamırlar;

Bəziləri çox inadkardır;

Bəzi autizmli uşaqlar hətta soyuğa, istiyə qarşı reaksiya verməyə bilərlər;

Uyğunsuz məqamda gülə bilərlər;

Stereotipləri var (əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi);

Onlar hər zaman eyni oyunlara üstünlük verirlər.

loading...

Bunuda oxu...