AUTİZM HAQQINDA

Hər nitqi olmayan uşağa autizm demək olmaz. Yaranma səbəbləri dəqiq məlum deyil, lakin ehtimal olunan səbəb kimi genetik faktorlar və keçirilmiş infeksiyalar götürülür.

Autizm 2-yaşdan sonra əmələ gələn inkişaf problemidir. Belə uşaqlar çox hərəkətli olub, az danışır, göz təması etmir, eyni hərəkətləri davamlı, yorulmadan təkrar edir, 2 sözdən ibarət sadə cümlələri qurub danışa və ünsiyyət edə bilmirlər. Bəzən uşaqda eşitmə qabiliyyətinin zəif olmasından şübhələnərək həkimə müraciət edirlər.

Hər bir valideyin uşağın fiziki inkişafı ilə yanaşı psixi inkişafını da izləməlidir. Normalda 1-yaşında uşaqlar 8-12 söz, 1.5-2 yaşında 50-60 söz ehtiyyatı və 2-yaşdan sonra isə cümlə qurub danışa bilirlər. Bu uşaqlarda isə nitq ikişafını izləyən zamanı geriləmə müşahidə olunur.

loading...

Autizmin erkən diaqnozu nə qədər tez, vaxtında aşkarlanıb müalicə olunarsa, o qədər tez müsbət müalicəvi effekt əldə olunur . Lakin gec müraciət olunan zaman, bu xestəliyin də müalicə və reablitasiyası cətin olur.

Dr. Pərvanə Səfərova

loading...

Bunuda oxu...