ATEROSKLEROZ

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir.

Aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar aşağıdakılardır:

  • xəstəliyin profilaktikası, düzgün və vaxtında müalicə olunması;

  • siqaret və alkoqol içkilərdən imtina etmək;

  • arterial təzyiqin və qanda şəkərin miqdarının normallaşdırılması;

  • ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarının qəbul edilməsi;

  • düzgün qidalanma (rasionda duzlu, yağlı, qızardılmış yeməklərin kəskin şəkildə məhdudlaşdırılması; təzə meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsullarına əsas yer verilməsi);

  • artıq çəki ilə mübarizə aparmaq;

  • fiziki aktivlik.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...