ATANIN YAŞI VƏ UŞAĞIN SAĞLAMLIĞI

Atanın yaşı və uşağın sağlamlığıAtanın yaşı, sağlamlığı, vərdişləri heçdə gələcək uşağın sağlamlığına təsirsiz ötüşmür. Bu təsir ananın uşağa olan təsirindən geri qalmır, baxmayaraq ki əvvəllər belə sayılırdı. Son araşdırmalar güclü cinsin yaşının, sağlamlığının, zərərli vərdişlərinin və qidalanmasının belə, uşağın sağlamlığına əhəmiyyətli dərəcədə təsir etdiyini göstərib.

Kişilərin qeyri-sağlam həyat tərzi gələcək uşaqlarında bir çox xəstəliyə səbəb ola bilər. Bu xəstəliklərin arasında autizm, psixi pozulmalar, zəif inkişaf və sarələri var.

ABŞ`n Corctoun universitetnin mütəxəssislərinin araşdırmaları göstərib ki, 40 yaşından sonra ata olmuş kişilərin uşaqlarında autizm və şizofreniya riski daha böyükdür, nəinki daha cavan ata olmuş kişilərin uşaqlarında. 50 yaşından sonra ata olmuş kişilərin uşaqları ürək xəstəlikləri və Daun sindromuna qarşı daha həssasdırlar. Bu xəstəliklər onların arasında daha geniş yayılıb, nəinki cavan ataların uşaqları arasında.

loading...

Artıq çəkidən və piylənmədən əziyyət çəkən kişilərin uşaqlarında isə şəkərli diabetin və piylənmənin inkişafı riski daha çoxdur, nəinki sağlam kişilərin uşaqlarında. Alkoqolizimdən əziyyət çəkən kişilər isə bu problemi övladlarına ötürə bilərlər.

Araşdırmaların nəticəsini nəzərə alaraq alimlər gələcək atalara daha sağlam həyat tərzi yaşamağı tövsiyyə edirlər.

loading...

Bunuda oxu...