ASKARİDOZ

Askaridoz askarid adli helmintlər tərəfindən törədilən qurd xəstəliyidir. Dişi askarid 20-40 sm, erkək askarida 15-25 sm olur. Yoluxma qurdun yumurtaları ilə baş verir.

Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqda çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər.

Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kişik ölçüdə olduğundan, çirkli meyvə və əllərdən azanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərti, meyvə və tərəvəzlərdə də olur. İnsan törədiciyə qida və su vasitəsilə yoluxur.

loading...

3-12 yaşlı uşaqların əksəriyyəti çirkli əllərini ağzına salır, dırnaqlarını yeyir, həyətdəki it və ya pişiklə oynayır, yuyulmamış meyvə yeyirlər. Ona görə də 3-12 yaşlı uşaqlarda qurd xəstəlikləri daha çox rast gəlinir.

Dr. Həmidə Ələfsərova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...