AŞAĞI TEMPERATURUN ORQANİZMƏ TƏSİRİ

Ətraf mühitin temperaturu aşağı duşdükdə orqanizmə patogenetik təsir edə bilər. Bu  zaman  soyuğun yerli və  ümumi təsiri meydana çıxır. Lakin  onu  da  qeyd  etmək lazımdır  ki, həyati  proseslərin  əksəriyyəti  aşağı  temperatura  dözümlüdür. Zülallar  və fermentlər aşağı temperaturda öz quruluş və funksiyalarını müvəqqəti dayandırırlar.

Soyuğun yerli təsirinə orqanizmin  müəyyən hissələri  daha  tez  məruz  qalır. Bunlardan  qulaqlar,  yelin  əmcəkləri,  dırnaqlar, toxumluq  kisəsi  və  s. göstərmək olar. Aşağı temperaturun yerli təsirində atmosfer  hava  cərəyanı, nəmlik, guclü külək və s. böyük rol oynayır.

Soyuq  dəriyə  təsir  edərkən  orada  qan  damarları  sıxılır,  dəri  solğunlaşır  və hərəkəti aşağı düşür. Bir qədərdən  sonra  qan  damarını  daraldan  sinirlər  parez və ya iflic olur, qan damarları genişlənir və keçiriciliyi artır, qanın  plazması  damardan  çıxır və  zədələnmiş nahiyəyə toplanır. Beləliklə toxumanın oksigenlə təchizatı və oksidləşmə  prosesi  pozulur.

loading...

Zədələnmiş  toxumada  qlükozanın, NaC1 və  qalıq  azotun miqdarı  çoxalır. Bu  zaman  bu  və  ya  digər  hissədə  donmalar  əmələ  gəlir. Donmalar zamanı  qanda leykositlərin  miqdarı  artır, eritrositlərin  çökmə  reaksiyası  güclənir, qlobulinlərin  albuminlərə  nisbəti  artır.  Dərin  donmalardan  sonra  hüceyrələrin nekrozu, eritrositlərin hemolizi kimi dərin patoloji proseslər əmələ gəlir.

Ətraf mühit  temperaturunun aşağı düşmə dərəcəsindən asılı olaraq orqanizmin ümumi soyuqlaması müşahidə edilir. Bu zaman əlavə şərtlərin də əhəmiyəti az deyildir.  Belə ki, havanın nisbi və mütləq rütubəti külək və s. əhəmiyyəti vardır.

Burada heyvanın fizioloji vəziyyəti də böyük rol oynayır. Xəstəlik keçirmiş, yorulmuş, zəif olan, habelə qanitirmələr və aclıq zamanı insanlar soyuğa çox həssas olurlar. Qida ilə yaxşı təmin olunan,  sağlam və kök heyvanlar soyuğa davamlı olurlar.

Hipotermiya zamanı bədənin istilik balansı azalır. Burada əsasən istiliyin xaricə  verilməsi güclənir. Yəni periferik qan damarları daralır, tərləmə zəifləyir, tənəffüs  zəifləyir, əzələ tonusu artır, titrəmə baş verir. Bu zaman hərarət hasilatı güclənir. Lakin bu reflektor vəziyyət müəyyən hədd daxilində olur.  Sonra getdikcə bədən temperaturu aşağı düşməyə başlayır.  Bədəndə soyuqdəymə xəstəlikləri başlayır.

Tənəffüs yollarının,  oynaqların, böyrəyin, qaraciyərin iltihabı bu səbəbdən  ola bilər.  Bu zaman orqanizmdə immunobioloji reaktivlik aşağı düşür, orqanizmin müxtəlif bioloji amillərə qarşı müqaviməti-rezistentliyi zəifləyir. Kapillyarların  keçiriciliyi yüksəlir,  qanın kolloid  sistemi pozulur, orqan və toxumaların qan təchizatı pozulur. Orqanizmin immun sistemində ciddi pozğunluq əmələ gəlir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...