ARTROZ NƏDİR

OynaqArtroz oynaqda duzlaşma və ya yeyilmədir. Yaşlı xəstələrdə diz ağrısının ən sıx səbəbi artrozdur. Artozda ilk şikayətlər getdikcə artan diz ağrılarıdır. Ağrı dizin ön, yan və arxa tərəflərində ola bilər.

Əvvəl bəzi hərəkətlərlə yaranan ağrılar daha irəli dövrlərdə istirahətdə də olur və daimi hal alır. Xəstələrin yerimə əsnasında ilk addımları ağrılı olur. Bu ağrılar hərəkət etdikcə qismən azalır. Uzun müddət yeridikdə ağrılar yenidən artır.

Xəstlik ağırlaşdıqca pilləkənləri qalxıb düşməsi, tualetə oturması, namaz qılması çətinləşir. Bəzi günlük işlərini oturaraq etmək məcburəyyətində qalır. Xəstə dizini bükmədikdə xəstəlik daha da ağırlaşır və nəticədə diz bükülə bilmir.

loading...

Oynaqda ağrı və hərəkət məhdudiyyətindən əlavə, hərəkət zamanı dizdən səslər gəlir, ara bir şişir, diz əzələləri zəifləyir, dizdə deformasiya yaranır. Rentgendə oynaq aralığının daralması və ya tam bağlanması, yeni sümük çıxıntıların yaranması, sümüklərin zəifləməsi və deformasiyalar görülə bilər.

Konservariv müalicəsində ağrıkəsicilər, ağrılı dönəmdə istirahət və buz, fizioterapiya, kurort (istisu, naftalan və s.), diz əzələlərinin güclənməsi üçün gimnastikalar, kök xəstələrdə arıqlamaq, diz içi hialuron turşusu inyeksiyası faydalı ola bilər. Ağır dərəcələrdə, konservativ müalicənin fayda vermədiyi hallarda və bəzən deformasiya irəlilədikdə əməliyyat məsləhət görülür.

Dr. Sənan Aşirov

loading...

Bunuda oxu...