ARTRALGİYALAR

ARTALGİYAArtralgiyalar bir və ya eyni zamanda bir neçə oynaq üçün (poliartralgiyalar) xarakter olan oynaq ağrılarıdır. Artralgiyanın əmələ gəlməsi oynaq kapsulunun sinovial qişasının neyroreseptorlarının iltihab mediatorları tərəfindən, həmçinin immun reaksiya məhsulları, duz kristalları, toksinlər, osteofitlər və s. tərəfindən qıcıqlandırılması nəticəsində baş verir.

Artralgiyalar revmatik, endokrin, yoluxucu, şiş, nevroloji, autoimmun xəstəliklər zamanı, həmçinin travmalar və artıq çəki olduqda müşahidə edilir. Artralgiyanın səbəbinin araşdırılması çox mühüm differensial-diaqnostik əhəmiyyətə malikdir.

Artralgiyanın müalicəsi ona səbəb olan xəstəliyin müalicəsinə əsaslanır; eyni zamanda simptomatik tədbirlər həyata keçirilir – analgetiklər, yerli isitmə və mərhəmlər.

loading...

Artralgiyaya bənzər oynaq sindromu üçün oynaq aparatının zədələnməsinin obyektiv simptom kompleksinin – deformasiyanın, şişkinliyin, yerli hipertermiyanın və hiperemiyanın, palpator ağrıların, hərəkətlərin mühüm dərəcədə məhdudlaşmasının və hətta rentgenoloji əlamətlərin olmaması xarakterdir. Buna baxmayaraq artralgiya oynağın ciddi üzvi zədələnməsinin əlaməti və ya oynaqdan xaric təhlükəli patologiyanın simptomu ola bilər.

Artralgiya növləri

Artralgiya əlamətləri ağrıların yerləşməsi və dərinliyinə görə, prosesə daxil olmuş oynaqların sayına görə, ağrı sindromunun xarakteri və intensivliyinə görə, onun günlük ritmikliyinə görə, müddəti və hər hansı hərəkətlə əlaqəsinə görə fərqlənirlər.

Bir oynaqda ağrı olduqda monoartralgiya adlanır, bir neçə oynaqda eyni zamanda və ya ardıcıl olaraq ağrı əmələ gəldikdə – oliqoartralgiya, 5 və ya daha çox oynaqda ağrı olduqda isə – poliartralgiya sindromu adlanır.

Artralgiya sindromunun xarakterinə görə ağrılar kəskin və ya küt olur; intensivliyinə görə – zəyif və orta ağrılardan başlayaraq güclüyə qədər; gedişatına görə – vaxtaşırı və daimi olur. Əksər hallarda artralgiya böyük oynaqlarda əmələ gəlir – çanaq-bud, diz, bazu və dirsək oynağında, daha az orta və kiçik – radiokarpal, baldırla pəncəni birləşdirən və falanqa arası oynaqlarda olur.

Artralgiyanın inkişaf amilləri

Artralgiya sindromu əksər hallarda kəskin infeksiyaları müşayiət edir. Artralgiya xəstəliyin həm prodromal, həm də qızdırma və intoksikasiyayla keçən erkən kliniki mərhələsində qeyd oluna bilər.

İnfeksiya mənşəli artralgiya zamanı ayaq və qol oynaqlarında sızıltı olur, ağrılar poliartikulyar xarakterli və mialgiyayla birlikdə olur. Buna baxmayaraq oynağın hərəkətləri tam həcmli olur. Adətən infeksiya mənşəli artralgiya əsas xəstəlik fonundakı toksik sindrom azaldıqca bir neçə gün ərzində yox olur.

Kəskin bağırsaq və ya urogenital infeksiyalardan sonra reaktiv artralgiya variantları əmələ gələ bilər; vərəm, infeksion endokardit və ikincili sifilis nəticəsində parainfeksion artralgiya sindromu ola bilər. Bəzən artralgiyaların səbəbi artıq mövcud olan xroniki infeksiya mənbəyi – piyelonefrit, xolangit, adneksit, paratonzilyar abses və ya parazitar invaziya olur.

Poli- və oliqoartralgiyalar iltihabi revmatik xəstəliklərin əsas simptomu olur. Revmatik artralgiya zamanı ağrı sindromu daimi, intensiv, yerdəyişən olur, prosesə əsasən ayaqların böyük oynaqları daxil olur, oynaqların hərəkəti məhdudlaşır. Revmatoid artritin ilk əlaməti, həmçinin sistemli revmatik xəstəliklər əl və ayaqların kiçik simmetrik oynaqlarında əmələ gələn poliartikulyar sindromla və səhərlər hərəkət bağlılığıyla təzahür edir.

Mikrokristallik podaqra artriti zamanı artralgiya bir oynaqda residivləşən ağrı tutmaları kimi olur. Bu ağrılar qəflətən başlayır və qısa zamanda ən yüksək həddə çataraq bir neçə gün ərzində keçmir.

Uzun müddət ərzində tədricən artmaqda olan artralgiya deformasiya edən artrozun və oynaqların digər degenerativ-distrofik zədələrinin əlaməti ola bilər. Bu halda diz və çanaq-bud oynağı da prosesə daxil olur; fiziki yükləmə zamanı küt, inildəyən ağrılar olur, istirahət etdikdə isə keçir. Artralgiya havadan asılı ola bilər, hərəkət zamanı oynaqda “xırtıltıyla” müşayiət edilə bilər və yerli yayındırıcı terapiya zamanı zəyifləyə bilər.

“Hippokrat barmaqlarının” (dırnaqların və distal falanqaların “saat şüşəsi” və “baraban çubuğu” tipli deformasiyasının) əmələ gəlməsiylə müşayiət edilən davamlı və uzun müddətli oliqo- və poliartralgiyalar sinovial qişaların paraneoplastik zədələnməsinə işarət edirlər. Bu pasiyentlərdə daxili orqanların onkoloji patologiyası haqqında düşünmək lazımdır, xüsusən də ağ ciyər xərçəngi barədə.

Artralgiyaların əksər hallarda səbəbi endokrin pozulmalar olur – birincili hiperparatireoz, ovariogen disfunksiyalar, hipotireoz və s. Endokrin mənşəli oynaq sindromu oliqoartralgiya kimi keçir və ossalgiya, mialgiya, çanaq sümüyündə və onurğa sütununda ağrılarla birgə olur.

Artralgiyaların bir çox digər mümkün səbəbləri arasında ağır metallarla (tallium, berillium) intoksikasiyanı, oynaqların həddindən artıq yüklənməsini, uzun müddətli dərman terapiyasını, postallergik reaksiyaları və s. qeyd etmək olar.

Oynaqların keçirilmiş iltihablarından sonra qalıq artralgiyaların xarakteri xroniki və ya vaxtaşırı olur. Həftələr və ya aylar ərzində oynaqlarda ağrılar və hərəkət məhdudlaşması olur; sonra əl və ayaqların funksiyaları və xəstənin ümumi vəziyyəti tamamilə bərpa olunur. Artralgiyanın xroniki formasında kəskinləşmələr hədsiz yükləmələrlə, meteolabilliklə, soyuqdəymə ilə bağlı olur.

Psevdoartralgiyalara birincili ossalgiya, nevralgiya, mialgiya, damarlı patologiya, ayaq altının yastı olması, əl və ayaqların X- və ya O-şəkilli deformasiyası, psixosomatik pozulmalarla simulyasiya olunmuş ağrı sindromu aiddir.

Artralgiyanın müalicəsi

Artralgiyaların müalicəsində mühüm rol əsas patologiyanın müalicəsinə verilir. Dərmanla müalicə oynaqdaxili iltihabi proseslərin və ağrı sindromunun aradan qaldırılmasına yönləndirilir.

Sistemli terapiyaya QİQP – ibuprofen, diklofenak, naproksenin istifadəsi və s. daxildir. Orta artralgiya zamanı və ya dərmanların içəri qəbuluna əks göstəriş olduqda isidici, iltihaba qarşı və analgetik mərhəmlərlə (finalqon, diklofenak, fastum-gel, skipidar mərhəmi), oynaq sahəsinə dimeksidli applikasiya qoymaqla yerli terapiya aparılır.

Artralgiya zamanı proqnoz

Artralgiya zamanı düzgün müayinə və müalicə olunmadıqda bu patologiya oynağın geri çevrilməz funksional pozulmalarıyla – rigidlik, ankilozlar, kontrakturalarla nəticələnə bilər. Artralgiya müxtəlif xəstəliklərin markeri ola bilər və oynaq sindromu əmələ gəlib 2 gündən çox davam etdikdə mütləq həkimə müraciət etmək lazımdır.

Dr. Nahid Məhərrəmov

loading...

Bunuda oxu...