ARTIQ ÇƏKİ: NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ

Artıq çəkinin səbələrini şərti olaraq 3 qrupa bölmək olar: qidalanma ilə əlaqəli səbəblər (yağlı və şirin yeməklər, qeyri-müntəzəm qidalanma), hərəkətsizliklə əlaqədar (azhərkətlilik, oturaq iş) və psixi-emosional (stres, həyəcan) səbəblər.

Çox hallarda müxtəlif dərəcələrdə bütün bu səbəblər olur. Bundan əlavə onlar aydın şəkildə digərlərini gücləndirir. Məsələn, insan az yatır və buna görə həmişə pis əhvalda olur.

Ancaq hər konkret vəziyyətdə hansısa səbəb digərlərindən daha qabarıqdır. Artıq çəkinin çox hallarda əsas səbəbi müsbət enerji balansıdır. Qida ilə gələn enerji sərf ediləndən çox olur. Ancaq hər kök adamı çoxyeyən adlandırmaq düzgün deyil.

loading...

Bir çox hallarda kök adamlar çox qida qəbul etmir. Artıq çəki tək çox qida qəbulundan yox, azhərəkətlilikdəndə yarana bilər. Çoxyeyənlər (objora) kök adamlar arasında 15-20%-dir. Onlar üçün arıqlamaq asandır. Gün ərzində qəbul edilən qidanın kaloriyasını 25-30% azaltmaq işə yarayar. Məsələn tez – tez yemək, az yağlı xörəklər seçmək, asta və xırda porsiyalarla yemək. Sadə məşqlərlə birlikdə bu ayda 3-4 kq arıqlamağa imkan verəcək.

Hərəkətsizlik ucbatından artıq çəkiyə sahib olanlar kök insanların 20%` na bərabərdir. Əsasən bu oturaq işlərdə çalışan qadınlardır. Birinci səbəb azhərəkətlilikdir. Belə vəziyyətdə arıqlamaq üçün ilk növbədə hərəkətliliyi artırmaq lazımdır. Məsələn gəzintilər, rəqs, sadə məşqlər. Soyuq duş və ümumi masaj effektivdir. Qidalanmada ilk növbədə yağlı yeməkləri azalmaq vacibdir.

Artıq çəkinin ən çox sabəbi psixi-emosional vəziyyətdir. Kök adamların yarıdan çoxu bu qrupa daxildir. Belə vəziyyət arıqlama prosesində psixoloq istifadəsini tələb edir. Çünki psixikadakı problem həll olunmasa dieta heç bir fayda verməz.

loading...

Bunuda oxu...