ARTERİAL TƏZYİQ VƏ NÖVLƏRİ

Arterial təyziqArterial təyziq sistola və diastola zamanı qanın damarların divarına təzyiqidir. O, ürəyin yığılması gücündən, arterial sistemə gələn qandan, periferik damarların müqavimətindən, damar divarlarının elastikliyindən, qanın özlülüyündən və bir çox başqa amillərdən asılıdır.

Sistolik arterial təzyiq (maksimal təzyiq), diastolik (minimal təzyiq) və nəbz təzyiqi ayırd edilir. Sistolik təzyiq — sol mədəciyin sistolası ardınca arteriya sistemində baş verən nəbz dalğasının ən çox qalxdığı andakı təzyiqdir. Diastolik təzyiq ürəyin diastolası dövründə, nəbz dalğası yatan zaman olur. Sistolik təzyiqlə diastolik təzyiqin qiymətindəki fərqə nəbz təzyiqi deyilir.

Böyük yaşlı sağlam adamlarda arterial təzyiq müxtəlif səbəblərdən, məsələn, sinir sisteminin vəziyyətindən, günün saatlarmdan və s. asılı olub müxtəlif olur. Sistolik təzyiqin normal qiymətləri civə sütunu ilə 120-dən 140mm-ə qədər, diastolik təzyiqinki 70-dən 90 mm-ə qədər olur. Səhər arterial təzyiq civə sütunu ilə 5-10 mm aşağı olur. Arterial təzyiqi ölçmək üçün ən çox yayılmış cihaz civəli sfiqmomanometrdir (Riva-Roççi aparatı).

loading...

Arterial təzyiqin səslə təyin edilməsi metodu arteriyanı maksimal və minimal təzyiqə bərabər qüvvə ilə sıxanda arteriyada baş verən səs fenomenlərinin qeydə alınmasına əsaslanır (Korotkov metodu). Arterial təzyiqi müəyyən saatlarda, ən yaxşısı, nahara qədər, hələ xəstədə yorğunluq və həyəcan yox ikən, bədənin müəyyən vəziyyətində, mümkün qədər eyni orta temperaturda və adi atmosfer təzyiqi şəraitində ölçmək lazımdır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...