ARIQLAMANIN 5 QIZIL QANUNU

Arıqlamanın 5 qızıl qanunu var:

Bol miqdarda su içmək lazımdır.

Fiziki aktivlik təmin olunmalıdır.

loading...

Stressdən uzaq olmaq lazımdır.

Normal yuxu olmalıdır.

Düzgün qidalanmaya əməl etmək lazımdır.

Gündə ən azı 2,5 l su içmək şərtdir. Hər kiloqrama 30 qram su içməkdir. Bu zaman yalnız təmiz qazsız, şəkərsiz, qaynanmamış su nəzərdə tutulur, yəni gün ərzində içdiyimiz çaylar, şirələr və s. ora daxil deyil. Su bağırsaqlarda toplanmış toksinləri təmizləyir. Təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Arıqlamaq istəyənlər ətdən imtina etməməlidirlər.

Qırmızı ətdən, toyuq ətindən qorxmaq lazım deyil. Qaraciyəri piyləndirən karbohidratlardan, meyvələrdən və şəkərdən çəkinmək lazımdır. Proteinli qidalar qaraciyəri yağlandırmır. Tərəvəzli, yulaflı qidalardan, lifli bitkilərdən istifadə etmək lazımdır. Bunlar kələm, kök, çuğundur, boranı, lobya, noxuddur.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...