APPENDİSİT

Soxulcanabənzər çıxıntının iltihabıdır.

Abdominal (qarın) ağrısı ilkin olaraq mərkəzdə lokalizasiya olunur, küt və sancılı olur. Daha sonra ağrı sağ aşağı qarın nayihəsinə miqrasiya edir və hərəkət etdikdə daha da artan (peritonit) kəskin ağrıya çevrilir. Əlaqəli simptomlarla həm də ürək bulanma, iştahanın itməsi və hərarət daxildir.

Ağrının aradan qalxması və sonradan peritonitin əlamətlərinin əmələ gəlməsi apendiksin perforasiyasından xəbər verir. Fiziki müayinə zamanı sağ aşağı qarın nayihəsində ağrılıq və palpasiya zamanı əzələ gərginliyi, sol aşağı qarın nayihəsinin palpasiyasında sağ tərəfdə ağrının əmələ gəlməsi (Rövzinq əlaməti), budun uzanması nəticəsində sağ aşağı qarın nayihəsində ağrı hissinin olması (iliopsoas əlaməti) və budun daxili rotasiyası nəticəsində sağ aşağı qarın nayihəsində ağrı hissinin olması (obturator əlaməti).

loading...

İltihablı apendiks düz bağırsağa yaxın yerləşdikdə isə rektal müayinə zamanı ağrılılıq hissi də müəyyən edilə bilər.

Bəzi hallarda apendiksin perforasiyası nəticəsində cibləşmiş lokallaşmış abses formalaşdıqda, ilkin olaraq antibiotiklər və radioloji görüntüləmə altında absesin perkutan aspirasiyası aparıla bilər və 4-6 həftə sonra apendektomiya əməliyyatı keçirilə bilər.

Son kliniki araşdırmalara əsasən, gecə müraciət edən uşaqlarda apendektomiyanın səhərə qədər gecikdirilməsi təhlükəsiz olduğu halda, böyüklərdə gecikmə ağırlaşmalara gətirib çıxara bilər.

Dr. Zülfiyyə Vahabova

loading...

Bunuda oxu...