ANNA KARENİNA SİNDROMU

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbəttə ki, romantizm – sevgidir. Lakin bu əsərləri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır. Psixologiyada bir neçə sindrom varki, onlardan biri də Anna Karenina sindromudur.

Sindromun klinik portreti: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.” Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır. Anna Karenina sindromundan əziyyət çəkən insanlar qırılmaqdan çox daha dərin bir duyğu hiss edərlər.

Bu insanlar sözün əsl mənasında duyğusal obsessiv narahatlıq hiss edərlər və ciddi şəxsi idarəetmə prablemi və sərhədləri görmə mövzusunda problem yaşayarlar. Bu sevgi normalda insanları xoşbəxt etməz, çünki o anda sevdikləri insan yanlarında oladığından ümumilikdə güvənsizlik hiss edər , tək qalma qorxusu hətta aldadılma düşüncəsi ilə iztirab çəkərlər.

loading...

Bu qadınlarda yavaş-yavaş özünəinam azalmağa və özünəhörmət isə itirilməyə başlayar. Ümumilikdə özlərini duyğusal bir qarışıqlıqda hiss edərlər. Əgər siz də bu hissləri yaşayırsınızsa psixoloqa müraciət edin.

Leyla Hüseynova

loading...

Bunuda oxu...