ANKİLOZAN SPONDİLİT  NƏDİR

OnurğaAnkilozan spondilit, Bexterev xəstəliyi, onurğada hərəkət məhdudiyyətinə səbəb olan iltihablı bir revmatizm xəstəliyidir. Xəstəliyə bağlı olaraq onurğanın elastikliyini təmin edən bağlar sərtləşir, onurğa gipsə qoyulmuş kimi sabitlənir.

Bu da bel və boyun hərərəkətlərinin məhtudiyyətinə gətirib çıxarır və boynun önə doğru əyilməyə səbəb olur. İrəli mərhələdə baş-boyun hərəkətlərində ciddi hərəkətsizlik və xəstə ancaq bütün bədənini çevirərək başına istiqamət verəbilir.

Xəstəliyin əlamətləri nələrdir?

loading...

Ankilozan spondilitin əlamətləri və simptomları tipik olaraq 40 yaşından əvvəl, əsasən 20’li yaşlarda başlayır. Qadınlarda bəzən 30’lu yaşlara qədər gecikəbilər. Bəzən uşaq yaşlarında da başlayabilər. Xəstəliyə bağlı olaraq onurğadan başqa gözdə, bağırsaqlarda və orqanizmin başqa hissələrində də iltihab əmələ gələbilər.

Ankilozan spondilitin tam müalicəsi yoxdur, ancaq müalicə ilə şikayətlərin azaltmaq və ya tamamən kəsmək və xəstəliyə bağlı şikəstliyin qarşısını almaq mümkündür. Buna görə də nə qədər tez diaqnoz qoyulub müalicə başlanarsa, yaxşı nəticə əldə etmək olur.

Xəstəliyin ilk işarəti və əlamətləri: səhərlər yataqdan qalxdıqdan sonra və ya uzun vaxt hərəkətsizlik sonrası belin aşağı hissəsində (oma) və qalçada ağrı, tutulma hiss edilir. Bu əlamətlər o qədər yavaş və səssiz olur ki, ilkin mərhələdə çox da hiss edilmir və ya diqqətə alınmır.

Xəstədə bəzən sağ, bəzən də sol qalçada və topuqda ağrılar olur, dərin nəfəs aldıqda döş qəfəsində (sinədə) və qabırğada ağrı olur. Gözdə ağrı və qızarıqlıq kimi şikayətlər, uzun müddət davam edən qarın ağrısı, xroniki ishal, bədən çəkisində azalma kimi şikayətlər ola bilər.

Əgər

Üç aydan uzun çəkən istirahatdə olarkən əmələ gələn bel və qalça ağrınız, tutuqluğunuz varsa;

Hərəkətlə ağrılarınız azalıb və ya keçirsə;

40 yaşından gənçsənizsə;

Ağrıkəsici içdiyinizdə azalıb və ya kəsilirsə;

Boyun-bel hərəkətlərində və hər nəfəs alıb verdiyinizdə döş qəfəsinizdə ağrı varsa; mütləq bir revmatoloqa müraciət edin.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...