ANGİOMYOLİPOMA NƏDİR

Angiomyolipoma müxtəlif ölçülərdə düz əzələ, yağ və qalın divarlı damarlarda yaranan xoşxassəli böyrək şişləridir. Bu şişlər daha çox tuberoz skleroz xəstələrində rast gəlinir. Xəstəlik nadir hallarda bədxassəli şişlərə çevrilir.

Əlamətləri: qabırğaaltı nahiyyədə ağrı, ələ gələn kütlə və sidikdə qan olmasıdır, 10% xəstələrdə qanamaya bağlı şok yaranır.

Hamiləlik qanama riskini artırır. Ultrasəs və tomoqrafiya müayinələrindən istifadə edərək xəstəliyə diaqnoz qoyulur. 4 sm-dən kiçik kütlələr 6 ay və illik müayinələrdə izlənilməlidir. 4 sm-dən böyük olan kütlə cərrahi əməliyyat edilərək xaric olunmalıdır.

loading...

Embolizasiya irəliləmiş böyrək şişlərinin müalicəsində alternativ üsul olaraq istifadə edilir. Əgər cərrahi əməliyyat üçün uyğun deyilsənizsə, şişdə qanama və ağrı əlamətləri varsa embolizasiya əməliyyatı təyin edilir. Bu müalicə üsulu cərrahi əməliyyatın uyğun olmadığı və ya təhlükəli olduğu vəziyyətlərdə məsləhətdir.

Dr. Cabid Əhmədov

loading...

Bunuda oxu...