ANEMİYALAR HAQQINDA

Orqanizmin müxtəlif  inkişaf dövrlərində qanın tərkibi müəyyən dəyişikliyə uğrayır. Qanda eritrositlərin sayının azalmasına anemiya, artmasına eritremiya və ya polisitemiya, leykositlərin azalmasına leykopeniya, artmasına leykositoz, trombositlərin sayının azalmasına trombositopeniya, armasına trombositoz deyilir.

AnemiyaAnemiyalar  üç qrupa bölünür:  Posthemorragik (qanitirmədən sonra inkişaf edən),  Qanyaranmanın pozulması nəticəsində törənən  və Hemolitik anemiyalar.

Anemiya vahid həcm qanda eritrositlərin və hemoqlobinin azalması ilə xarakterizə edilir.  Anemiya zamanı eritrositlərin miqdarının azalması ilə yanaşı onların struktur tərkibi də dəyişir və keyfiyyətcə yeni formalar əmələ gəlir.

loading...

Anemiyanı əmələ gətirən səbəblər çoxdur. Kimyəvi maddələr, ionlaşmış radiasiya, viruslar,  qan parazitləri, müxtəlif xəstəiliklər,  qaraciyər,  böyrək, sinir sistemi xəstəlikləri, qanyaradan orqanların bəd xassəli şiş xəstəlikləri, qidada  zülalların,  dəmir, kobalt, vitaminlərin qıtlığı bu səbəblər arasındadır.  Anemiyalar həm də müxtəlif xəstəliklərin fəsadı kimi meydana çıxır.

Posthemorragik (qanitirmədən sonra inkişaf edən) anemiyalar. Yaralanma və ya daxili orqanlardan daxilə şiddətli qanaxma ilə əlaqədar qanitirmə kəskin anemiyaya səbəb olur.  Babasil, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, uşaqlıqdan qanaxma, hemofiliya zamanı orqanizmin tez-tez az miqdarda qan itirməsi xroniki anemiyaya səbəb olur. Qanitirmələr nəticəsində törənən anemiyalar zamanı ilk növbədə qanaxmanın mənbəyini tapıb aradan qaldırmaq lazımdır.

Qanyaranmanın pozulması nəticəsində törənən anemiyalar. Qanyaranmanın pozulmasının əsas səbəblərini nəzərə almaqla bu anemiyaları növbəti kimi qruplaşdırmaq olar:  Qanyaranmada iştirak edən amillərin çatışmazlığı ilə əlaqədar anemiyalar: dəmir, B12 vitamini, fol turşusu çatışmazlığı nəticəsində törənən anemiyalar,  xlorozlar, Addison-Birmer xəstəliyi (bədxassəli və ya pernisioz anemiya) və s. B.

Sümük ilyinin zədələnməsi və funksiyasının pozulması nəticəsində törənən anemiyalar: hipoplastik və aplastik anemiyalar. Orqanizmin antianemik amillərdən (B12 vitamini, dəmir və s.) istifadə edə bilməməsi ilə əlaqədar olan anemiyalar da buraya aiddir.  Hipoplastik və aplastik anemiyalar irsi və qazanılma ola bilər.

Hemolitik anemiyalar. Eritrositlərin sürətlə hemolizə uğrayaraq parçalanması (damar daxilində, həmçinin dalaqda, sümük iliyində, qaraciyərdə və s.) nəticəsində əmələ gəlib, irsi  və qazanılma olur. İrsi forma zamanı dəmir, kobalt, arsen preparatları verilir, dalaq:  qazanılma anemiyalar əsasən korti-kosteroidlərlə müalicə edilir.

Bunun xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, eritrositlər qan damarlarında və yaxud fizioloji «öldükləri» yerə parçalanması sürətlə gedir.  Hemolitik anemiyalar zamanı eritrositlər qaraciyərdə, dalaqda şiddətlə parçalanır, həmin orqanlar böyüyür, nəticədə qanda bilirubinin miqdarı hədindən artıq çoxalır, dəri, selikli qişalar, gözün ağı sarı rəngə boyanır.

Eritremiya . Xəstəlik zamanı eritrositlərin artması ilə yanaşı tərkibində hemoqlobinin miqdarı normadan çox olan eritrositlərdə artır. Bu qan yaradan sistemin xəstəliyi olub sümük iliyi hüceyrələrinin hiperplaziyası ilə xarakterizə edilir. Bu zaman belə halda qanın miqdarı çoxalır və damar divarı müqavimətinə rast gəlməsi nəticəsində qan təzyiqi yüksəlir. Nəticədə ürəyin fəaliyyəti çətinləşir, kapilyarlarda qanın sürəti zəifləyir, tromb əmələ gəlməsinə meyl yüksəlir. Hiperemiya nəticəsində dəri albalı rəngdə olur.

Eritrositopatiya . Eritrosit patologiyasının bu forması qanda dözümsüz eritrositlərin olması ilə müşahidə edilir. Normada 100-120 gün yaşayan eritrositlər belə vəziyyətdə 12-14 gün yaşayan girdə eritrositlərdən ibarət olur

Anemiyalar zamanı nəinki eritrositlərin miqdarı, onların hemoqlobinlə zənginliyi dəyişir, həm də periferik qanda eritrositlərin patoloji formaları meydana gəlir. Bu patoloji eritrositlər nəinki formaca, quruluşca, ölçüsü etibarı ilə hətta müxtəlif rənglərlə boyanma qabilliyyətinə görə də bir-birindən fərqlənir.

loading...

Bunuda oxu...