ANANASIN SAĞLAMLIĞA ÜÇ FAYDASI

AnanasBu meyvənin təravətli və dadlı olmasıyla bağlı heç bir şübhə yoxdur. Lakin ananasın tərkibində sağlamlığa faydalı olan güclü qida hissələri də var. Sağlam həyat sürmək üçün bu meyvənin pəhrizinizə əlavə edilməsində üç səbəb var.

Ananas vitamin C ilə zəngindir

1 fincan ananas şirəsi günlük 100% vitamin C miqdarının təmin edir. Bu meyvənin immun sistemin möhkəmlənməsində rolu olsa da, həmçinin, onun daha artıq faydaları var. Vitamin C bütün bədəndə toxumaların böyüməsi və yenidən bərpasına kömək edir. Bundan əlavə, bu xərçəng və ürək xəstəlikləri kimi xəstəliklər, eləcə də vaxtından əvvəl qocalmaya qarşı hüceyrələri qorumaqla antioksidant kimi çıxış edir. Bu vitamin, həmçinin, sizin bədən ölçülərinə də təsir göstərir: araşdırma nəticəsində məlum olmuşdur ki, hər gün idmanla məşğul olmaq gün ərzində 25% kalorini azaltmaqla həmçinin vitamin C` də miqdarına təsir göstərir. Qanda az miqdarda vitamin C olması bədənin köklüyü və belin ölçüsü ilə əlaqədardır.

loading...

Ananas sağlam dərinin formalaşmasına kömək edir

Ananas manqanla zəngindir ( bir stəkan ananas şirəsində bir gün üçün nəzərdə tutulan 75% çox miqdarda manqan var). Bu mineral vitamin C ilə birlikdə, dərinin sallanması və dəridəki qırışıqların qarşısını alan komponent-kollagen yaradılması üçün tələb olunur. Manqan, həmçinin yay vaxtı mühüm əhəmiyyət kəsb edir, o ultrabənövşəyi şüalanmaya qarşı dərini müdafiə edir.

Ananas sağlam həzm prosesinə də kömək edir

Əgər siz nə vaxtsa jelatin desertinə ananas əlavə etməyi sınamısızsa, bilirsiz ki, bu işə yaramayacaq. Bu ona görədir ki, ananasın tərkibində bormelain adlanan fermentlər var və bu jelatinin möhkəm olmasının qarşısını alır. Eyni səbəbdən, ananas çox vaxt şorabaların tərkibində də istifadə olunur, çünki o əti yumşaltmağa kömək edir. Ananasın tərkibindəki qida lifləri də, həmçinin, bağırsaq fəaliyyətini qorumağa və qəbizliyin qarşısını almağa kömək edir.

loading...

Bunuda oxu...