ANAL ABSES

Anal abses, rektumda iltihabın nəticəsidə irinin toplanması ilə baş verir. Bu təcili əməliyyat tələb edən iltihablı bir xəstəlikdir.

Bütün yaş qruplarında görülə bilər, lakin 30-40 yaş aralığında daha geniş yayılmışdır. Kişilərdə qadınlara nisbətən daha çox müşahidə edilir.

Anal bölgəyə edilmiş əməliyyatlar, anal bölgə travması, anal fissür-fistül anal absesin yaranmasına təsir edən amillərdir. Defekasiya zamanı, rektum nahiyəsində ağrı, sonra qızartı, şişlik və temperatur artımı kimi əlamətlərlə özünü göstərir.

loading...

Anal absesin müalicəsi cərrahiyyə üsuludur. Anesteziya altında abses drenaj aparılır, insizyon üçün anusun ən yaxın yeri seçilir. Abses boşaldıldıqdan sonra ağrı, temperatur artımı və digər simptomlar tezliklə normallaşır.

Bu müalicə prosesində antibiotiklər, ağrı kəsici və isti su banyosu istifadə edilə bilər.

Dr. Aytən Cəbrayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...