ANAFİLAKTİK ŞOK HAQQINDA

Anafilaktik şok şokun ən ağır formalarından biridir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir. Əsas səbəbi orqanizmə inyeksiya  ilə dərman preparatının yeridilməsidir. Bir çox dərman preparatları, antibiotiklər, vitaminlər, vaksinlər, anestetiklər və sarə anafilaktik şokun yaranmasına səbəb ola bilərlər.

Nadir hallarda müxtəlif qidalar, balıq, inək südü, yumurta, xardal, qoz və sarə və ya həşəratların sancması da anafilaktik şok törədə bilər. Anafilaktik şokun yarana bilməsini qabaqcadan bilmək hələ ki, çox çətindir.

Bəzən ən kiçik miqdarda allergenin olması da ağır anafilaktik şokun inkişaf etməsi üçün kifayət edir. Anafilaktik şokun başlanmasının ilk əlamətləri: narahatçılıq, qorxu hissiyyatı, zəiflik, baş ağrısı, dodaqların və sifətin keyləşməsi, başgicəllənmə, qulaqlarda küy, gözlərin qabağının qaralması, soyuq tər, ürəkbulanması, təngnəfəslik, boğazda, sinədə sıxılma və təzyiq hissiyyatı, arterial təzyiqin enməsi, bəzi hallarda zərərçəkənin dərisində səpgilər, bədəndə ödemlər, qusma, qarında ağrı, qeyri-ixtiyari sidik və nəcis ifraz edilməsi.

loading...

Daha sonra lazım olan tədbirlər görülmədiyi halda qıcolmalar, huşun itirilməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması inkişaf edə bilər. Belə xəstələrə vaxtında lazım olan tibbi yardım göstərilməzsə, tənəffüs və urək dayanması nəticəsində ölüm də baş verə bilər.

Əgər şok dərman preparatının yeridilməsi nəticəsində baş verərsə, dərmanın yeridilməsini dərhal saxlamaq lazımdır.  Əgər şokun yaranmasının səbəbi həşəratın sancması olarsa, tez bir zamanda yaradan onun iynəsini çıxarmaq, yaradan qan və zəhərin xaric olmasına çalışmaq lazımdır. Sancma yerinə isə buz və ya soyuq kompres qoymaq. Şok nəticəsində tənəffüsün dayanması baş veribsə, süni tənəffüs vermək gərəkdir.

loading...

Bunuda oxu...