ANADANGƏLMƏ KİST VƏ FESTULLAR

Anadangəlmə kist və festullar boyunun ən çox rast gəlinən iltihabi xəstəliyidir. Boyunda yaranma yerlərinə görə yan, orta xətt və bütün boyunu əhatə edir.

Anadangəlmə inkişaf edən boyun kistaları.

Tiroglossal kista – anadangəlmə boyun şişlərinin 70%-ni təşkil edir. Dil kökündən başlayaraq boynun aşağı orta hissəsinə qədər hər hansı bir yerdə əmələ gələ bilər. Əsasən iki yaşında sonra əlamətləri özünü göstərər. Kista udqunma və dil hərəkətləri zamanı aşağı yuxarı doğru hərəkət edir.

loading...

Dermoid və epidermoid kista anadangəlmə kistalar içində ikinci yerdə durur və boyunun otra xəttinə yaxın bölgədə inkişaf edir. Yenidoğulmuşların boynunda kütlə şəklində görülər. Əsasən üç yaşına qədər diaqnoz qoyulur.

Udqunma zamanı hərəkət etməzlər. Daha çox boynun alt orta hissəsində əmələ gəlir. Sümük toxumasına bitişir, hərəkətlidir və ağrısıdır. Kistanın içində tük vəzi, yağ və tər vəzləri olur.

Anadangəlmə orta boyun kistasının (fistulların) çıxarılması:

Boyunun orta kistası dilaltı sümükdən aşağıda yerləşir. İltihablaşmış orta kista iki istiqamətdə – dəri səthinə və içəriyə doğru dilin kor dəliyinə açıla bilər. Kista və fistulların cərrahi müalicəsi uşağın kiçik yaşlarında aparılmalıdır.

Boyunun yan kistanının (fistulların) çıxarılması:

Boyunun yan kistası və fistulları bir və iki tərəfli ola bilər. Boyunun yan kistinin əməliyyatını uşağın 2-4 yaşında aparmaq məqsədə uyğun hesab edilir.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...