ANA SÜDÜNÜN SAĞILDIQDAN SONRA SAXLANMA QAYDASI

Bəzən ailənin yeganə gəlir mənbəyi ana olur. Bəzən isə ana biznes lady və ana olmaq istəyir. Lakin bu o demək deyil ki, körpə ana südündən məhrum olmalıdır. İşgüzar analar və ana südünü sağan bütün analar südü ən təmiz və ən təhlükəsiz qaydada saxlamalıdırlar. Südü hər hansı bir təmiz qabda saxlamaq mümkündür: şüşə və ya uşaq qabları.

Yenicə sağılmış ana südünün otaq temperaturunda 8 saat ərzində saxlanılması mümkündür. Əgər süd daha uzun müddət saxlanılmalıdırsa, bu zaman o, soyuducuya qoyulmalıdır. Əvvəl soyudulmuş südü otaq temperaturunda bir saatdan artıq saxlamaq olmaz. Yəni soyuducudan çıxarılmış süd otaq temperaturunda 1 saatdan artıq qalmamalıdır.

Ana südü soyuducuda 3-5 gün müddət ərzində saxlanıla bilər.

loading...

Ana südü dondurucu kamerada 6 aya qədər, buz dolabında isə 12 aya qədər saxlanıla bilər.

Südü əmizdirmə miqdarında dondurmaq daha yaxşı üsuldur.

Süd ilıq su ilə dolu fincanda və ya ilıq axar suyun altında saxlanılmaqla bir neçə dəqiqə ərzində əridilə bilər. Sonra isə həmişəki üsulla isidilə bilər. Heç vaxt südü bədən temperaturundan artıq isti etməyin. Mikrodalğalı sobadan istifadə etməyin!

Əmizdirmədən sonra əmzikdə – şüşədə qalan süd mütləq atılmalıdır. Əridilmiş süd 24 saatdan sonra atılmalıdır. Əridilmiş südü yenidən dondurmayın! Yenicə sağılmış ana südü otaq temperaturunda bir neçə saat ərzində (bəzi mənbələrdə bu müddət 8 saat göstərilmişdir) saxlanılması mümkündür, ona görə, əgər südü soyutmaqda çətinlik çəkirsinizsə, onu otaq temperaturunda bir neçə saat saxlayın və sonra imkan olan kimi onu soyuducuya qoyun.

Bisfenol A-nı da unutmayin! Hansi ki, plastik qablarda olur.

Ana südünün müxtəlif növ plastik məmulatlardan Bisfenol A ilə çirklənməsinə dair son mülahizələrə əsasən süd polikarbonat qablarda yox, şüşə, polietilen ya polipropilen qablarda saxlanmalıdır.

Uşaqları ana südündən məhrum etməyin. Bəhanələr axtarmayın. Mənşəyi, mənbəyi bilinməyən süd qarışıqları (smeslərlə) gələcəyimizi təhlükəyə atmayın.

Dr. Şəlalə Həsənova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...