ANA SÜDÜNÜN FAYDASI

Ana südü özündə körpəyə gərəkli bütün qida maddələrini cəmləşdirir. Həmçinin bu maddələr optimal ölçüdə olur və körpənin həzm sistemi üçün nəzərdə tutulur. Bunu ana bədəni avtonom rejimdə edir. Ana südü körpənin immun sistemi yaranana qədər onu xəstəliklərdən müdafiə etmək üçün gərəkli maddələr daşıyır. Süni qarışıqlar bunu isə etmir.

Ana südünün tərkibi körpənin böyüməsi və tələblərinə görə dəyişir. Bu proses doğuşdan həmən sonra başlayır. Artıq üçüncü həftəyə ana südü tam yetişir.

Məlumdur ki, körpənin necə qidalanacağı onun fiziki, emosional və intellektual inkişafına təsir edir. Qadın südündə körpənin beyninin inkişafı üçün lazımi maddələr var. Məsələn, inək yaxud keçi südü əsasən bədənin çəkisini artırır.

loading...

Körpələri doğulduğunun birinci ili südəmər məhz buna görə adlandırırlar, çünki onlara ən lazım olan qida ana südüdür. Ancaq dövrümüzdə hər körpə onu ala bilmir. Gənc analarda tez-tez rast gəlinən əsəb və digər psixoloji problemlər südün istehsalına təsir edir.

Körpəyə ana südü ilk yarım il daha vacibdir, həmin dövrün isə ilk 3-4 ayı. Sorma prosesidə körpə üçün faydalıdır. Bu körpənin çənə aparatını, ağız əzələlərini və dilini inkişaf etdirir.

Mütəxəssilər deyir ki, körpəni tez-tez, ancaq az qidalandırmaq daha faydalıdır. Ana südü tez həzm olunur və çox qəbul edildikdə belə zərər etmir. Süni qatqılar isə tam əksinə. Süni qida bağırsaqların mikroflorasını pozur.

loading...

Bunuda oxu...