ANA İLƏ KEÇİRİLƏN VAXTIN KÖRPƏYƏ TƏSİRİ

Ana və körpəAnaya körpəsi ilə gündə cəmi yarımsaat vaxt keçirməsi yetərlidir ki, o daha yüksək intellektual səviyyəyə sahib olsun. Belə nəticəyə London universitet koleci  və Esseks universitetindən  olan mütəxəssilər gəliblər. Onlar son 16 ildə toplanılmış 8000-dən çox körpənin və ananın məlumatlarını öyrəniblər.

Araşdırmalar göstərib ki 3–7 yaş arası dövrdə anaları oxumağa və yazmağa kömək etdikləri uşaqların koqnitiv qabiliyyətləri daha yaxşı inkişaf edib.

Müsbət effekt böyüdükdən sonrada qalıb. Bundan əlavə ana ilə maraqlı məşğuliyyətlər, məsələn gəzintilər, uşaqlarda sosial ünsiyyət biliklərini inkişaf etdirib.

loading...

Anayla həm təhsil, həm istirahət uşaqlar üçün faydalı olub. Məsələn ev tapşırıqlarını etməyə kömək edilən uşaqlar universitetdə yaxşı oxuyublar və daha yaxşı karyeraya sahib olublar.

Anaları ilə birlikdə əylənən uşaqlar isə daha az aqressiv və çox ünsiyyətçil olublar, kollektivə asanlıqla uyğunlaşıblar.

loading...

Bunuda oxu...