ALLERGİYA NƏDİR

Allergiya orqanizmin immun sisteminin allergenlərə qarşı yüksək reaksiyasıdır. Allergik xəstəliklər uşaqlıq çağında ən çox rastlanan xroniki xəstəlik qrupudur. Allergik rinit, atopik dermatit, qida allergiyaları, bronxial astma ən sıx rast gəlinən xəstəlikdir.

Uşaq allergik xəstəliklərində allergendən qorunma haqqında məlumat formu.

Bütün allergik xəstəliklərdə müalicənin əsası allergenlə təmasın azaldılmasıdır. Sıx qarşılaşdığımız allergenlər: ev tozu gənəsi, hamam böcəyi (tarakan), heyvanlar və onların ifrazatları, kif göbələyi, bitki tozu və onların sporlarıdı.

loading...

Ev tozu gənəsi

Ev tozu içərisində müxtəlif gənə tipləri mövcuddur.Ev tozu gənəsi adi gözlə görünməyən mikroskopik orqanizmlərdir. Yaşamaq üçün əlverişli şəraiti nəm və isti mühitdir. Bu temperatur 18-27 dərəcə arasındadır. Bu gənələr xalçalarda, yun və tük yataqlarda və geyimlərdə yaşayırlar. Bu gənələri uzaqlaşdırmaq üçün gənə saxlamayan örtükləri, yataq dəstlərini isti suda yumaq və xalçaları götürmək lazımdır.

Bir sözlə aşağıdakı tədbirlər görülməlidir:

Yastıq və yorğan üçün gənə keçirməyən örtük istfadə olunmalı:

Yataq dəstlərini həftədə bir dəfə 60 dərəcədə yumalı:

Yuyula bilməyən və üzlük keçirilməyən bütün yataq dəsti götürülməli:

Yataq otağı başda olmaqla, ev tez-tez nəm parça ilə təmizlənməli və əşyaların tozu silinməli:

Xalça yerinə yuyula bilən kilim istfadə ediməli:

Xalçalar həftədə bir dəfə su filtrli tozsoranla təmizlənməli:

Mümkün qədər yumşaq mebellər azaldılmalı:

Nəm mühit azaldılmalı.

Dr. Vəfa Nəcəfova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...