ALKOQOL VƏ QARACİYƏR MÜBARİZƏSİ

QARACIYƏREtil orqanizmimizin zərərsizləşdirə bildiyi yeganə spirtdir. Digər spirtlər orqanizmdə parçalanaraq zəhərli maddələrə çevrilirlər və sağlamlığa zərər vururlar. Etil spirti isə mədə və nazik bağırsaqdan qana sorulur, qaraciyər isə onu zərərsizləşdirir.

Alkoqolun parçalanma zamanı əmələ gələn asetaldehid çox zəhərli maddədir və qaraciyər hüceyrələrinin zədələnməsinə səbəb olur.

İçkidən sonrakı, paxmel sindromu

loading...

Qaraciyərin işinin effektiv olması üçün su tələb olunur. Alkoqolun isə orqanizmi susuzlaşdırır. Bu qaraciyəri bədənimizin mümkün mənbələrindən su toplamağa məcbur edir. Nəticədə dehidratasiya, yəni susuzluq, səbəbindən içdiyiniz gecənin səhəri kəskin baş ağrısı, əzginlik, halsızlıqla oyanırsınız.

Normalda qaraciyərə gələn maddələrin içində birinci yağlar parçalanıb qana və oradan digər orqanlara ötürülür. Ancaq əgər gələn maddələrin içində alkoqol varsa öncəlik ona verilir. Alkoqol parçalandığı üçün yağların parçalanması ləngiyir və yağlar qaraciyərdə toplanıb qalır, nəticədə qaraciyər yağlanması əmələ gəlir.

Mütəmadi içən şəxslərdə qaraciyər həmişə gərgin vəziyyətdə olur və alkoqol hepatitinin yaranmasına gətirib çıxarır. Qaraciyər idarə edə bildiyindən artıq alkoqol qəbul edikirsə, qaraciyər gərgin işlədikcə yağ qaraciyərdə toplanır. Bu isə iltihab və piylənməyə səbəb olur.

Alkoqoldan başqa qaraciyər piylənməsinə qeyri sağlam diet, hədsiz köklülk, idmanın olmaması və hərəkət azlığı, yüksək xolesterin, diabet, hepatit b və hepatit c virus infeksiyaları da səbəb ola bilər.

Əgər normadan artıq köksünüzsə və həmçinin içirsinizsə bu qaraciyərinizin zədələnmə riskini artırır. Əgər qaraciyər piylənməsi varsa və həm də içirsinizsə bu alkoqol hepatiti yaradacaq. Alkoqol hepatiti inkişaf etdikdən sonra içmək isə alkoqol sirrozuna səbəb olacaq.

 

loading...

Bunuda oxu...