ALIŞ VERİŞ VƏ DİABET RİSKİ

DiabetABŞ-ın Texas Universitetinin tibbi təhqiqatçıları, məhşur qida rəngləndiricilərinin mədəaltıvəzdə toplana bildiyini və bununda şəkərli diabet riski yaratdığını araşdırmışlar.

Alimlər şəkərli diabet tip 2 xəstələrinin mədəaltıvəz toxumalarını araşdırırkən orada dioksidtitanın kristallarını aşkarlamışlar. Bu maddə eyni zamanda E171 kimi də tanınır, və bu maddə ağ qida rəngləndirisidir.

E171 maddəsi hamının ən çox istifadə etdiyi: pendir, quru süd, dondurma , karamel və saqqızda mövcuddur. Bundan əlavə dioksit titanı diş pastası, bir sıra kosmetik vasitələrin, bəzi dərmanların da tərkibində mövcuddur

loading...

Araşdırmaların nəticələrinə əsasən diabet xəstələrinin mədəaltı vəzindən götürülən toxumalarda, 1 qr toxumaya 100 million dioksid titan hissəcikləri aşkarlanmışdır.

Mütəxəssislər orqanizmdə bu qədər zəhərli maddələrin daxil olmasından çox narahtdırlar. Və günü gündən əhali arasında şəkərli diabet tip 2 xəstələrinin sayının artması da məhz bu maddənin orqnizmə küllü miqdarda daxil olması ilə əlaqələndirirlər.

Çünki dioksit titanı orqanizmə daxil olduqda orqanlarda iltihab prosesi başlayır.

Təhqiqatı aparan müəlliflərin rəsmi olaraq jurnalda verdikləri məlumata əsasən – apardığımız araşdırmalar diabet tip 2-nin, asbestoz kimi, mədəaltı vəzin xroniki iltihabi xəstəliyi olub, asbes kristallarının orqanizmə daxil olması nəticəsində baş verir. Bu səbəbdən də dioksit titanının şəkərli diabet tip 2 yaratması düşünülür.

Qidalanmanıza fikir verin, marketlərdən alış veriş etdikdə mütləq paketlərin üzərini oxuyun.

Dr. Rövşən Həsənov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...