ALBİNOS UŞAQLAR

AlbinosAlbinizm anadangəlmə irsən ötürülən bir xüsusiyyətdir. Hər 20000 nəfər arasında bir hala rast gəlinir. Bütün dünyada rast gəlinən bir xüsusiyyətdir. Bu zaman dəri, gözlər, saçların rəngi olmur. Rəng verən melanin piqmenti yaranmır. Çünki bu insanlarda melanin əmələ gəlməsinə cavabdeh olan tirozinaza fermenti çatışmır.

Cəmiyyətdə albinos insanlara qarşı münasibət nədənsə qeyri- adidir. Lakin bu belə olmamalıdır. Ən azından neqrlər kimi onlar da eyni dərəcədə təəccüb yaratmalıdırlar. Çünki albinos piqmentin olmaması isə neqr bu piqmentin artıqlığı ilə səciyyələnir. Əlbəttə ki bu piqmentin olmaması bəzi sağlamlıqla bağlı problemlər yarada bilir. Əsasən də dəri , görmə və sinir sistemi tərəfindən. Albinos uşaqların görmə problemi ilə yanaşı immun sistemində zəiflik olur.

Albinizm irsən ötürülür. Biri albinos digəri isə sağlam valideynlərdən sağlam uşaq doğula bilər. Lakin əmin lmaq lazımdır ki sağlam valideyn bu genin daşıyıcısı deyil. Əgər valideynlər görünüşcə sağlam lakin eyni zamanda gen daşıyıcıdılarsa , o zaman albinos uşağın dünyaya gəlmə ehtimalı var. Əgər hər iki valideyn sağlam və yalnız biri gen daşıyıcısıdırsa , o zaman doğulacaq uşaqlar sağlam olar, lakin növbəti nəsillərdə üzə çıxa bilər.

loading...

3 yaşadək belə uşaqlar yaxşı olar ki, günəş şüalarından uzaq olsunlar. Gün eynəyindən, günəşə qarşı kremlərdən , örtülü geyimlərdən istifadə etsinlər. və onlarn immun zəif olduqlarını yadda saxlamaq lazımdır.

Albinoslara qəribə insan kimi davranmayaq, onları da cəmiyyətimizin hər bir üzvü kimi qorumağa çalışaq.

Dr. Aytən İsmayılzadə

loading...

Bunuda oxu...