AĞRINI YAŞAMAQ LAZIMDIR

Baş ağrılarıİnsanlar nevroloqa, psixiatra, psixoloqa adətən öz qəlb ağrılarının kütləşdirilməsi məqsədi ilə müraciət edirlər. Amma qəlb yarası da yaradı. Və yara kimi də ağrımalıdı, sağalmağa doğru dövrləri ardıcıl keçməlidi.

İtgi ağrıdır. Ayrılıq ağrıdır. Bəd xəbər ağrıdır. Kobud söz ağrıdır. Sevilməmək ağrıdır. İqnor ağrıdır. Qısqanclıq ağrıdır.

Qaçmaq, xilas olmaq deyil, bunu yaşamaq lazımdır. Necə ki, qrip olanda yatağa düşürsən, qızdırlrsan, tərləyirsən, burun axır, boğaz ağrıyır, öskürürsən və sonda yavaş-yavaş sağalırsan.

loading...

İmmunitet yeni səviyyə keçir və səni daha doğru qoruyur. Eynən də psixoloji ağrını da qəbul etmək, “xəstəliyi” yaşamaq lazımdır. Ağrını hiss etmək, ağlamaq, hirslənmək, qəzəb püskürmək, əzab çəkmək, şəkillərə baxmaq, göndərilən və ya göndərilməyən məktublar yazmaq…

Ağrıdan qaçmaq, yayınmaq lazım deyil, qorxmaq da lazım deyil. Ağrımaq üçün özünə vaxt vermək lazımdır. Psixika özü müdafiə mexanizmlərini işə salacaq, əgər siz ona mane olmasanız. Ağrıyacaq, ağrıyacaq və apatiya, laqeyidlik yaranacaq. Daha sonra baş verənlərin dərki, barışıq, razılıq gələcək. Daha sonra isə olanların qəbulu və davam etmək istəyi. Həyata davam.

İstənilən ağrıkəsici ancaq ağrını kəsir. Yara özü isə ancaq vaxtı çatanda sağalır.

Dr. Günel Əhmədova

loading...

Bunuda oxu...