AĞIZDA QOXU

Ağız qoxusu uşaqlar arasında çox yayılmış və anaları çox narahat edən vəziyyətdir. Ümumiyyətlə ağız qoxusunun səbəbini araşdırmaq üçün bu səbəbləri 5 qrupda qruplaşdırdıq. Ən əsası isə bu qrupda qurd xəstəlikləri qeyd edilmir. Yəni qurdu var deye ağızdan iyin gəlməsi həqiqət deyil!

1-ci qrup: Bu uşaqlarda yalnız səhərlər ağız qoxusu vardır.Yuxu zamanı ağız suyunun miqdarı azalar. Buna görə də orada yaşayan bakteriyaların miqdarı artar. Bu isə təbii ki, ağız qoxusunun artmasına səbəb ola bilər. Bundan başqa bu uşaqlarda ağız iyi tezliklə gün ərzində keçib gedər. Heç bir müalicə və müayinə tələb etməz.

Bu fizioloji səbəblərə həm də, dehitrasiya və vitamin əksikliyi, yuxudan oyanma,ağız suyunun əmələ gəlməsinin azalması və s. Qidalardan sarımsaq,soğan,kofe,alkoqol və s. pis iylərin yaranmasına səbəb ola bilər. Qeyd edim ki,ət yeyən insanlarda ağız iyinin olması çox rast gəlinir. Çünki bu qidalarda protein daha zəngindir və buna görə də onların parçalanmasına o pis qoxulu qazlar əmələ gəlir və ağızdan pis iy əmələ gələ bilər.

loading...

Alkol çox qəbul olunduğu dövrorofdə isə ağızın normal mikroflorasının pozulması və bunun nəticəsində pis iyləri sintez edilən bakteriyaların profilerasiyası, yəni çoxalması baş verir. Bəzi dərmanlar da ağız iyinin əmələ gəlməsinə səbəb ola bilər.

Bunlara antihistamin, diuretiklər, amfiteaminlər, atropinəbənzər effekt təsir edən dərmanlar ağız suyunun azalması və bunun nəticəsində də pis qoxular formalaşa bilir. Vitamin A və B12 çatışmazlığı da bu pis qoxunun əmələ gəlməsində böyük rol oynayır.

2-ci qrup: Bu qrupda isə ağız boşluğu xəstəlikləri və selikli qişanın iltihabı qeyd olunur. Kriptaların dərinliklərində yerləşən bakteriyalar fəaliyyətə başlar və onlar ağız suyunda və qidaların tərkibində olan proteinləri kükürd qazına qədər ayırır.Ona görə də bu qoxu əmələ gətirir.

3-cü qrup: Bu uşaqlarda isə  dildən iyin gəlməsi hiss olunsa da bunun əsas mənbəyi sinuslar, tonsillər, boğaz və digər qonşu orqanlardan gələn iydir. Məsələn, uşağın burnu axarsa, postnazal axıntı varsa bu iy hiss olunacaq.Bundan əlavə uşaqda qastroezofaqal reflü varsa yəni mədə və qida borusu arasında olan qapaq boşalarsa onda ordan da pis qoxulu iyin qarışmasına səbəb ola bilir.

Uşaqlarda mədə xorası olan zaman da helibacter pylorinin fəaliyyəti nəticəsində sülfid birləşimlərinin sayını artırır və bu da pis iyin formalaşmasına səbəb olur.

4-cü qrup: Ağciyərdən gələn iydir. Lakin bunun ağızdan gəldiyini zənn edirlər. Pnevmoniya, bronxit və s. hallarda rast gəlinir. Bu qazlar ekspriyumda xaric olunur. Diyaliz xəstələrində, şəkərli diabet xəstələrində və hamilərdə ağızdan gələn qoxu əslində tənəffüs iyidir və ağız iyinin müalicəsində heç bir effekt verməz.

5-ci qrup: Bu insanlarda ağız qoxusu yoxdu. Onlara elə gəlir ki, onların ağzından iy gəlir. Amma əslində bu psixoloji bir durumdur.

Dr. Gülnar Abdullayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...