AĞIZ SUYU VƏZİLƏRİNİN İLTİHABİ XƏSTƏLİKLƏRİ

Ağız suyu vəziləri bir çox funksiyaları yerinə yetirirlər. Ağız boşluğunda ağız suyunun tərkibində olan fermentlərin hesabına qida həzmə hazırlanır. Diş ərpini yumaqla kariesin profilaktikası, yerli qeyri-spesifik humoral və hücryrə immunitetində rolu, hormonabənzər maddələrin ifrazında (paratin, insulinə oxşar zülal, epidermal inkişaf faktoru, sinir inkişaf faktoru) rolu və s.

Ağız suyu vəzilərinin iltihabi xəstəliyi (sialoadenit) baş vermə səbəbinə görə virus mənşəli – epidemik, banal irinli və vəz daxili limfa düyünlərin iltihabına görə yalançı (Qersenberq) sialoadenit adlanır. Qulaqaltı ağız suyu vəzin iltihabi parotit, çənəaltı ağız suyu vəzinin iltihabi submaksilit adlanır.

Epidemik parotit. Kəskin virus xəstəliyi olaraq ən çox qulaqaltı ağız suyu vəzisində baş verir. Əsasən 7-10 yaş uşaqlar xəstələnirlər. Xəstəliyin törədicisi filtrolunan virusudur. Yoluxma bilavasitə xəstədən hava -damcı yolu ilə baş verir.

loading...

Klinika. Epidemik Parititin inkubasion dövrü 2-3 həftə çəkir. Kliniki gedişinə görə epidemik parotit yüngül, orta ağır və ağır formalarda keçir. Epidemik parotit – meningit, ensefalit, göz sinirinin, üz sinirinin zədələnməsi kimi ağırlaşmalar verə bilər. Ola bilər ki, sonradan orxit, nefrit, pankreatit , mastit baş verir.

Epidemik parotitin dizqnostikası üçün hər iki vəzin şişkinliyi xarakterikdi, epidemioloji anamnez kömək edir. Epidemik virusun ayırd edilməsi , kompliment birləşdirilən reaksiya qoyulması, hemaqlutionasiyanı ləngidən reaksiya, dəri alergik reaksiya və s. aparmaqla diaqnoz təsdiqlənir.

Dr. Məhəmməd Davudov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...