AĞIZ BUCAĞININ XORASI

Ağızdan iygəlməAğız bucağının xorası ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyidir. Ağız bucağının xorası orqanizmdə B2 vitaminin çatışmazlığından, diş ətinin xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş yaxud kəskin qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir.

Xəstəliyi kokklar yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan  uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dəri sulanır, qızarır.  Yerində ağrılı, sonra sarı qartmaqlı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikle qişasında da keçə bilər.

Müalicəsi həkim məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur. Lakin ağrılar ardıcıl, düzgün müalicə nəticəsində sağalır.

loading...

Ağız bucağının xorasının yaranmaması üçün düzgün qidalanmaq, qida rasionunda qidaların vitaminlərlə zəngin olması gərəkdir.

Kütləvi tibb ensiklopediyası

loading...

Bunlarıda bəyənə bilərsiniz ...