AĞCİYƏRLƏRİN EMFİZEMASI

AĞCİYƏRLƏRİN EMFİZEMASIAğciyərlərinin emfizeması ağciyər alveollarının genişlənməsi və alveol arakəsmənin tədricən dağılması ilə xarakterizə olunan xəstəlik məhdud, ağciyərlərin ay-ayrı hissələrində, və diffuz, yayılmış, formalarda var.

Ağciyər toxumasının kəskin köpməsi, tənəffüs yollarının qəflətən tutulması nəticəsində əmələ gəlir. Bəzən yenidoğulmuşlarda ağciyər enfizemasının kəskin anadangəlmə formasına təsadüf olunur.

Ağciyərlərinin emfizeması geniş yayılmış xəstəlikdir, 40-45 yaşlarından sonra təsadüf olunur. Əsasən bronxların iltihabı, bronxit, bronxial astma, digər ağciyər xəstəlikləri ağciyər enfizemasının əmələ gəlməsinə səbəb olur.

loading...

Digər hallarda isə müstəqil sürətdə baş verir. Bu zaman daxili və xarici amillərin təsirindən alveolların divarları nazikləşir, çatlayır, onlar daha böyük boşluqlar əmələ gətirərək ümumi səthi kiçilir, ağciyərlərin elastikliyi azalır. Bu da ağciyərlərin ventilyasiyalarını, qan dövranını pozur.

Ağciyərlərinin emfizeması uzun sürən xəstəlikdir. Xəstə əvvəlcə fiziki iş zamanı, sonralar isə sakit vəziyyətdə rahatlıq zamanı əmələ gələn tənginəfəslikdən şikayətlənir, ilk növbədə nəfəs vermə çətinləşir.

Bir çox hallarda çətin ifraz olunan cuzi bəlğəm, öskürək xəstəyə rahatlıq vermir. Tədricən xəstənin xarici görünüşündə xarakterik əlamətlər əmələ gəlir – arıqlama, belin bükülməsi, çiyinlərin qalxması, tənəffüs əzələlərinin tənəffüsdə fəal iştirak etməsi və s.

Müalicəsi uzun müddətlidir və ilk növbədə xəstəliyin sonrakı inkişafının qarşısını almağa yönəldilir. Müalicə ancaq həkim tərəfindən aparılır.

Kütləvi tibb ensiklopediyası

loading...

Bunlarıda bəyənə bilərsiniz ...